Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-576/2023 25.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanıRüstəmzadə Əşrəf Ramiz oğlunun, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs- 1969-cu il aprelin 19-da Qəbələ rayonu Zarağan kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, mağazada satıcı işləyən, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxsbarəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə səhər vaxtı Şəxs Qəbələ şəhəri, Abbas Səhhət küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 25oktyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər vaxtı Şəxs Qəbələ şəhəri, Abbas Səhhət küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır.Həmçinin onun barəsində dəfələrlə İXM-nin 454-cü maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq, küçə ticarəti ilə məşğul olmağa davam etmişdir. Bu da onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olduğunu göstərir. Nəticədəhəmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində yerləşən mağazada 2 il 6 ay müddətdir ki, satıcı işləyir. Bu gün, yəni xx.xx.2023-cü il tarixdə işlədiyi mağazaya Bakı şəhərindən mallar gəlmişdir. Lakin gətirilən mallar arasında uyğunsuzluq olduğundan onları içəri keçirməmiş, malları gətirən şəxslə aydınlaşdırmaq üçün orada saxlamışdır. Polis əməkdaşlarına ona yaxınlaşıb malları içəri keçirməyi tələb etmişlər. O isə dərhal olaraq malları içəri keçirmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Onun barəsində əvvəllər İXM-nin 454-cü maddəsi ilə protokollar tərtib edilmiş və həmin cərimələri ödəmişdir. O, heç bir qanun pozuntusu etməmiş, polis əməkdaşlarının qanuni tələblərini pozmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsəməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində polis sahə nəfəri polis baş serjantı Azər Əzəmmədovla A.Səhhət küçəsində xidməti ərazidə xidmətdə olarkən Zarağan kənd sakini Şəxs işlətdiyi cehizlik mağazasının qarşısına mallar çıxartdığına görə yaxınlaşıb nəyə görə İXM-nin 454-cü maddəsinin tələblərinə riayət etmədiyini bildirmişlər. Vətəndaşın barəsində dəfələrlə İXM-nin 454-cü maddəsi ilə protokollar tərtib etmişlər. Lakin eyni hərəkətlərinə davam edir. Hər dəfə ona iradlar tutulduqda özünü haqlı sayır, polis əməkdaşlarının tutduğu iradları heçə sayaraq 80 AZN cərimə edəcəksiz deyərək mağazaya aid malları küçədə satmağa davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Orxan Elçin oğlu ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən Şəxs polis əməkdaşlarının hər hansı qanuni tələblərini yerinə yetirməməsi kimi hallar müəyyən olunmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlar məhkəməyəŞəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi hallarmövcud deyil və bu hallar öz təsdiqini tapmadı.Belə ki, məhkəmə zamanı video diskə köçürülmüş görüntülərə baxan zaman müəyyən edildi ki, Şəxs polis əməkdaşlarının hər hansı qanuni tələblərini yerinə yetirməməsi kimi hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilən polis əməkdaşları da Şəxs “polisin qanuni əmrinə tabe olmaması” kimi halların nədə ifadə olunduğunu konkret göstərə və əsaslandıra bilməmişlər. Məhkəməyə sübut kimi təqdim edilən video diskdə isə Şəxs polis əməkdaşlarının hər hansı qanuni tələblərini yerinə yetirməməsi kimi hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı isə əksinə olaraq müəyyən olunmuşdur ki, polis əməkdaşlarının malların içəri keçirilməsi barədə tələbinə Şəxs heç bir etiraz etməmiş və könüllü olaraq polis şöbəsinə gəlmişdir. Göründüyü kimi Şəxs polis işçisinin qanuni əməlinə tabe olmaması işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında ŞəxsİXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxspolis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Əksinə iş materiallarına əlavə edilmiş “CD” diskə baxış keçirilən zaman Şəxs polis əməkdaşlarının hansı qanuni əmrinə tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Yuxarıda iqtibas edilmiş inzibati qanunvericiliyin normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxstərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 535.1-cimaddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxsbarəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Şəxs barəsində bir neçə dəfə İXM-nin 454-cü maddəsi ilə protokollar tərtib olunması, onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması mənasına gəlmir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-576/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-576/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver