Məhkəmə qərarları › İş №3(025)-577/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-577/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-577/2023 13.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1982-ci ildə Qəbələ rayonu Şamlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Badamdart qəsəbəsi 3-cü massivində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxsxx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisində özünə məxsus mülki ov silahının və onun sursatının daşınması qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21oktyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisində özünə məxsus mülki ov silahının və onun sursatının daşınması daşınması qaydalarını pozmuşdur.Həmin fakt üzrə Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, bir müddət əvvəl tanışı Qəbələ rayonu Şəfili kənd sakini Nuhov ilqar Xancan oğlu ilə telefon danışığı zamanı ov etmək üçün sövdələşmişlər və qərara gəlmişlər ki, X10 Nazirliyinin İsmayıllıda yerləşən şöbəsindən ov etmək üçün lisenziya alacağını bildirmişdir. Oraya o, İlqar Nuhov, Oğuz rayon sakinləri ortaq tanışları Namiq və Ədalət adlı şəxslərlə getmək barədə planlaşdırmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 07:00 radələrində ov etmək məqsədilə Qəbələ rayonu Məmmədağalı kəndində açıqlıq əraziyə getmişlər. Bu zaman onlar 3 (üç) nəqliyyat vasitəsində 8 (səkkiz) nəfər oraya getmişlər. O, Rəhimə məxsus və idarə etdiyi "Mercedes ML-350" markalı avtomobildə həmin əraziyə getmişdir. Qəbələ rayonunda Vəndam qəsəbəsində İlqar Nuhovla görüşmüşlər, sonuncu özünə məxsus və idarə etdiyi "Mitsubuji L- 200" markalı avtomobillə onlara yolu göstərmişdir. Onun idarə etdiyi avtomobildə özündən əlavə 2 (iki) nəfər şəxs də olmuşdur. Onları tam tanımırmış, lakin bir neçə dəfə Qəbələ rayonunda olarkən görmüşdür. Onlar Vəndamda görüşərkən əlavə olaraq təxminən 08:30 radələrində həmin əraziyə çatmışlar. Oraya çatdıqdan sonra hər kəs avtomobildən enmiş və orada olanların hər biri özlərinə məxsus mülki silahlarını götürmüşlər. Silahları patronla doldurmuşlar və hazır vəziyyətə gətirmişlər. Və ərazini gəzməyə başlamışlar. O da özünə məxsus "Ata-arms" markalı, 12 kalibrli, 15/D09161- 15/D09176 nömrəli mülki ov silahını götürmüş və patronla dolduraraq hazır vəziyyətə gətirmişdir. Silahda 5 (beş) ədəd hazır patron var imiş. Həmin silahı oraya özü ilə getdiyi Rəhim adlı şəxsin avtomobilində yük yerində gətirmişdir. Onlar orada 15:00 radələrinədək olmuşlar. Orada olduqları müddətdə nə qədər axtarsalar da, ovlanılacak heyvan tapmamışlar. Onlar əraziyə səpələnərək ayrı-ayrılıqda hərəkət edirmişlər. Onun yaxınlığında heç kim yox imiş. Silahdan atəş açmamışdır. Silahı patronla dolu vəziyyətdə olmuşdur. Bir müddət sonra ov olmadığından avtomobillərin yanına toplaşmışlar. Silahımı sökərək Rəhimin avtomobilinə qoymuşdur. Qida qəbul etmişlər və qayıdarkən yolda polis əməkdaşları onları aşkarlamışlar. O, Rəhimə məxsus avtomobildə imiş. Meşəlik sahədə avtomobili Rəhim idarə edirmiş. Polis əməkdaşları onlara özlərini təqdim edərək, araşdırma aparılması məqsədilə onları polis şöbəsinə dəvət etmişlər, onlar etiraz etmədən onlarla şöbəyə gəlmişlər. Məhkəmədən Ovçular birliyinin üzvü olmasının nəzərə alınması və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis rəisi, polis baş leytenantıRübail Əbdürəhimovtərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində meşəlik ərazidə bir neçə nəfər şəxsin ov etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında İTB-nin sahə polis nəfəri, polis baş serjantı Anar Həmidovla birlikdə dərhal həmin əraziyə getmişlər. Bir qədər sonra həmin ərazidə 3 ədəd minik avtomobilinin və 9 nəfər şəxsin olmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan müvafiq sənədləri təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişlər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onları sonradan məlum olan X9, Şəxs, X2, X3, X6, Nuhov ilqar Xancan oğlu, X4, X8 və X7, onlarda olan 8 ədəd mülki ov tüfəngi, həmin tüfənglərə aid sursatlar, Mitsubishi L200 markalı **-CH-***, Mercedes ML-350 markalı **-EH-***, VAZ 21015 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobillər və 4 ədəd ov iti PPX əməkdaşlarının iştirakı ilə rayon polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli “Mülki ov silahının və ov alətlərinin təhvil götürülməsi və növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs götürülmüş 1 (bir) ədəd “Ata-arms” markalı, 12 kalibirli, 15/D09161-15/D09176 nömrəli mülki ov silahı, 20 (iyirmi) ədəd patron növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 2450 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1 (bir) ədəd “Ata-arms” markalı, 12 kalibirli, 15/D09161-15/D09176 nömrəli mülki ov silahıŞəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş 4165 nömrəli, xx.xx.2019-cu il tarixli “Ovçuluq Bileti”nin surətindən görünür ki, Şəxs "xxxx" MMC-nin üzvüdür. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “Ata-arms” markalı, 12 kalibirli, 15/D09161-15/D09176 nömrəli ov silahı müsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “Ata-arms” markalı, 12 kalibirli, 15/D09161-15/D09176 nömrəli mülki ov silahı və 20 (iyirmi) ədəd patron Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar