Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-579/2023 04.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Nəsir Heydərovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Məmmədağalı kəndində anadan olmuş, Qəbələ rayonu, Məmmədağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəhadətnamə ilə ona verilmiş bir ədəd tək lülə, 16 kalibirli, PO 1155 №-li, Tula markalı mülki ov silahı saxlanması və daşınması qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X4 göstərdi ki, Şəxs Ə-16 №-li şəhadətnamə ilə ona bir ədəd tək lülə, 16 kalibirli, PO 1155 №-li, Tula markalı mülki ov silahının saxlanması və daşınması qaydalarını pozduğu üçün saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostu İlqar Nuhov istifadəsində olan mobil nömrəyə zəng edib ovla bağlı lisenziya aldığını və ona ova getmək istədiyini demişdir. Həmçinin o Məmmədağalı kəndində yaşadığından və orada olan meşəlik ərazini yaxşı tanıdığından ondan xahiş etmişdir ki, onlarla birlikdə ova getsin. O da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə İlqar Nuhov öz avtomobili ilə onu yaşadığı ünvandan götürmüşdür. O özü ilə birlikdə ona məxsus bir ədəd Tula markalı, 16 kalibirli, tək lülə, PO 1155 nömrəli yivsiz lüləii ov silahını, patrondaşı və 12 ədəd patronu da götürmüşdür. Qəbələ rayonu Yenikənd ərazisində meşəlik əraziyə çöl heyvanı olan qaban ovlamağa getmişdilər. Avtomobilləri saxlayıb özünə məxsus silahı götürüb piyada meşəlik ərazidə gəzməyə başlamışdılar. Ona məxsus silahı yığılı vəziyyətdə olsada patron taxıb silahı hazır vəziyyətə gətirmədən gəzmişdir. Təxminən 2 və ya 3 saat gəzdikdən sonra heyvan ata bilməmişdilər. Hamısı bir yerə toplaşıb yemək yemiş və araq spirtli içkisi qəbul etmişdilər. Silahını söküb çexola qoyaraq avtomobilə qoyaraq və yeməy yeməyə başlamışdılar. Orada yeməklə bərabər araq spirtli içkisi qəbul etmişdir. Yeməklərini yeyib meşə içərisi ilə avtomobillə gələn vaxt polis əməkdaşları onları saxlamış və polis şöbəsinə gətirmişdilər. Sonda isə Məhkəmədən barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Rübail Əbdürəhimov tərəfindən Qəbələ RPŞ-nin rəisi polis polkovniki cənab Fəxrəddin Abbasova üvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində meşəlik ərazidə bir neçə nəfər şəxsin ov etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında İTB-nin sahə polis nəfəri, polis baş serjantı Anar Həmidovla birlikdə dərhal həmin əraziyə getmişdir. Bir qədər sonra həmin ərazidə 3 ədəd minik avtomobilinin və 9 nəfər şəxsin olmasını görmüşdülər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan müvafiq sənədləri təqdim etmələrini xahiş etmişdilər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişdilər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onlara sonradan məlum olan X8, X5, X1, X2, Şəxs, X9, X3, X7 və X6, onlarda olan 8 ədəd mülki ov tüfəngi, həmin tüfənglərə aid sursatlar, Mitsubishi L200 markalı **-CH-***, Mercedes ML-350 markalı **-EH-***, VAZ 21015 markalı **- NS-*** dövlət nömrə nişanlı avtomobillər və 4 ədəd ov iti PPX əməkdaşlarının iştirakı ilə rayon polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Qəbələ rayonu Məmmədağalı kənd sakini Şəxs istifadəsində olan bir ədəd tək lülə, 16 kalibirli, PO 1155 nömrəli, Tula markalı mülki ov silahı, patrondaş, 12 ədəd patron, 1 ədəd bıçaq və 1 ədəd ət doğrayan balta götürülmüşdür. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli Ə-16 nömrəli şəhadətnamənin surətindən görünür ki, bir ədəd Tula markalı, 16 kalibrli, tək lülə, PO-1155 nömrəli ov silahı Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd tək lülə, 16 kalibirli, PO 1155 №-li, Tula markalı mülki ov silahı müsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd tək lülə, 16 kalibirli, PO 1155 №-li, Tula markalı mülki ov silahı, patrontaj, on iki ədəd patron, bir ədəd bıçaq və bir ədəd balta Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-579/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-579/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver