Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-58/2022 02.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis serjantı X2, barəsində inzibati qaydada icraat aparılan şəxs X3, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 03.12.2021-ci il tarixdə, saat 18:05 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində idarəetmə hüququ olmadan VAZ 11193 markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq nəticədə Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan piyada keçidində yolun solundan sağına doğru keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin polis serjantı X1 Cəlal Hacıbəy oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin polis serjantı X7 izahatında bildirmişdir ki, X6 03.12.2021-ci il tarixdə, saat 18:05 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində idarəetmə hüququ olmadan VAZ 11193 markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci bəndinin tələblərini pozaraq nəticədə Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan piyada keçidində yolun solundan sağına doğru keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, özünə məxsus Vaz 11193 minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobili var ki, həmin avtomobil ilə Qəbələ şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 03.12.2021-ci il tarixdə saat 18:00 radələrində idarə etmə hüququ olmadan, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus Vaz 11193 minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə rayonun Laza kəndi istiqamətindən saatda təxminən 50-60 km surətlə avtomobili surət qutusundan çıxarıb yolun sağ hərəkət hissəsi ilə şəhər mərkəzinə gəlirdi. Qəbələ rayon polis şöbəsinin inzibati binasının qarşısında olan piyada keçidinə çatarkən həmin vaxtı Zərərçəkmiş şəxs piyada keçidi ilə yolun solundan sağına doğru keçmək istəyərkən piyada keçidinin üzərində idarə etdiyi avtomobilin ön hissəsi ilə onu vurdi, nəticədə Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirmişdir. Törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 03.12.2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı evdən çıxıb piyada tək Qəbələ şəhəri Heydər Əliyev prospektində şəhər mərkəzi istiqamətinə doğru yolun sağ tərəfində yerləşən “Oba” market adlı ərzaq mağazasına çörək almağa gedirdi. Piyada yolun solu ilə hərəkətdə olaraq Qəbələ rayon polis şöbəsinin inzibati binasının qarşısına çatıb piyada keçidi ilə yolun solundan sağına doğru keçmək istədi, həmin vaxtı Cəlal Qəribov idarə etdiyi VAZ 11193 minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobil ilə Qəbələ rayon Laza kəndi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru hərəkətdə olaraq yolun sağ hərəkət hissəsində piyada keçidinin üzərində idarə etdiyi avtomobilin ön tərəfi ilə onu vurdu. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Müalicə Diaqnostika mərkəzinə həkimə müraciət etdi. Hal-hazırda X4 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə X3 törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, İ-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, X6 barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-58/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-58/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver