Məhkəmə qərarları › İş №3(025)-58/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-58/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-58/2025 23.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN Oğuz RPŞ DYPBnin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Oğuz RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə X2 xx.xx.2025-ci il tarixdə, tarixdə, saat 12:51 radələrində idarə etdiyi “X4 Minik” markalı ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Oğuz Babək” avtomobil yolunun 15-ci km ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozduğuna görə saxlanmış (GPS: 41 0555726,47.4621447) və avtomobildə normativ tələblər pozulmaqla avadanlığ quraşdırıldığı aşkar edilərək AR İXM-nin 342.2.2-ci maddəsi ilə 150,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X2 göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, tarixdə, saat 12:51 radələrində idarə etdiyi “X4 Minik” markalı ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Oğuz Babək” avtomobil yolunun 15-ci km ilə hərəkətdə olarkən AR DİN Oğuz RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və faralarda ağ rəngli Led işıqlar olduğuna görə barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 150,0 manat cərimə edilmişdir. Halbuki, üzərində HGR qeydi olan avtomobillərdə Led işıqların quraşdırılmasına yol verildiyi üçün nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblər pozulmamışdır. Ona görə də, AR DİN Oğuz RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. İşdə olan CD diskdə qeyd olunan görüntülərə əsasən xx.xx.2025-ci il tarixdə, tarixdə, saat 12:51 radələrində “Oğuz Babək” avtomobil yolunun 15-ci km. ilə hərəkətdə olan X1 idarə etdiyi “X4 Minik” markalı ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən çıxarılan normativ tələblərə uyğun gəlməyən işıq avadanlığı AR DİN Oğuz RPŞ DYPB-nin əməkdaşları tərəfindən nümayiş etdirilmişdir. AR İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə, tarixdə, saat 12:51 radələrində “Oğuz Babək” avtomobil yolunun 15-ci km. ilə hərəkətdə olan “X4 Minik” markalı ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində normativ tələblərə uyğun gəlməyən işıq avadanlığı quraşdırıldığı aşkar edilməmişdir. Belə ki, CD diskdə qeydə alınan görüntülərdə nümayiş etdirilən normativ tələblərə uyğun gəlməyən işıq avadanlığının X1 idarə etdiyi “X4 Minik” markalı ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən çıxarıldığını təsdiq edən heç bir sübut yoxdur. X1 idarə etdiyi avtomobilə normativ tələblər pozulmaqla, avadanlığ quraşdırması faktı işə aid olan mötəbər sübutlarla müəyyən edilmədiyi halda səlahiyyətli orqan onu AR İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh etməkdə haqlı olmamışdır. Ona görə də, həmin inzibati xətaya görə X1 150,0 manat cərimə edilməsinə dair AR DİN Oğuz RPŞ DYPBnin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunsun. X1 150,0 manat cərimə edilməsinə dair AR DİN Oğuz RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. X2 barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş (TP 7029146) üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar