Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-581/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPX-nin polis serjantı İbrahim Seyidovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23.10.2021-ci il tarixdə, saat 01:40 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsi ərazisində JEEP Grand Cheroke markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili ön işıq cihazları nasaz vəziyyətdə olmaqla idarə etmiş, saxlanılarkən Şəxs sipirtili içki qəbul etdiyi şübhəsi yaransa da, o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Azərbaycan Respublikası Qəbələ rayon Polis şöbəsi DYPB YPX-nin polis serjantı İbrahim Seyidov Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5 və 343.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ rayon Polis şöbəsi DYPB YPX-nin polis serjantı İbrahim Seyidov izahatında bildirmişdir ki, 23.10.2021-ci il tarixdə, saat 01:40 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsi ərazisində JEEP Grand Cheroke markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili ön işıq cihazları nasaz vəziyyətdə olmaqla idarə etmiş, saxlanılarkən Şəxs sipirtili içki qəbul etdiyi şübhəsi yaransa da, o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 343.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 23.10.2021-ci il tarixdə, saat 01:40 radələrində JEEP Grand Cheroke markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili o deyil dostu idarə etmişdir. Avtomobil də həmin dostuna məxsusdur. O, sadəcə sərnişin olaraq həmin avtomobildə olmuşdur. Polis tərəfindən saxlanılarkən, o, sərxoş vəziyyətdə olmamışdır. Avtomobil ona məxsus olmadığından və heç bir təqsiri olmadığından tibbi müayinəyə də getmək istəməmişdir. Qəbələ rayon Polis şöbəsi tərəfindən protokolun onun adına tərtib olunmasına da razı deyil. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ rayon Polis şöbəsi DYPB YPX-nin polis serjantı İbrahim Seyidov tərəfindən tərtib edilmiş 23 oktyabr 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-581/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-581/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver