Məhkəmə qərarları › İş №3(025)-582/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-582/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-582/2023 04.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Nəsir Heydərovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Oğuz rayonu, Padar kəndində anadan olmuş, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəhadətnamə ilə ona verilmiş bir ədəd 12 kalibirli, “Baikal” markalı, ********** №-li mülki ov silahının saxlanması qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X3 göstərdi ki, Şəxs 1812 №-li şəhadətnamə ilə ona 12 kalibrli, ********** №-li mülki ov silahının saxlanması qaydasını pozduğu üçün saxlanılmışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən 3 (üç) gün bundan əvvəl tanışı Qəbələ rayonu Şəfili kənd sakini X7 ilə telefon danışığı zamanı ov etmək üçün sövdələşmiş və qərara gəlmişdilər ki, X9 Nazirliyinin İsmayıllıda yerləşən şöbəsindən ov etmək üçün lisenziya alacağını bildirmişdi. Onlar oraya o, İlqar Nuhov, Oğuz rayon sakinləri ortaq tanışları Namiq və Ədalət adlı şəxslərlə getmək barədə planlaşdırnışdılar. xx.xx.2023-cü il tarixdə təxminən saat 07:00 radələrində ov etmək məqsədilə Qəbələ rayonu Məmmədağalı kəndində açıqlıq əraziyə getmişdilər. Bu zaman onlar 3 (üç) nəqliyyat vasitəsində 8 (səkkiz) nəfər oraya getmişdilər. Namiqə məxsus və idarə etdiyi “Vaz21015” markalı avtomobildə Ədalətlə birlikdə həmin əraziyə getmişdir. Onlar Qəbələ rayonunda Vəndam qəsəbəsində İlqar Nuhovla görüşmüş, O, özünə məxsus və idarə etdiyi “Mitsubuji L-200” markalı avtomobillə onlara yolu göstərmişdir. Onun idarə etdiyi avtomobildə özündən əlavə 2 (iki) nəfər şəxs də var idi. O onları tam tanımır, lakin bir neçə dəfə Qəbələ rayonunda olarkən görmüşdür. Onlar Vəndamda görüşərkən əlavə olaraq tanışları Rahim adlı şəxsin idarə etdiyi “Mercedes ML-270” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə orada idi. Rahim də onlarla birlikdə oraya gedəcəkdi. Onun maşınındada 1 (bir) nəfər əlavə şəxs var idi. Biz Təxminən 08:30 radələrində həmin əraziyə çatmışdılar. Oraya çatdıqdan sonra hər kəs avtomobildən enmiş və orada olanların hər biri özlərinə məxsus mülki silahlarını götürmüşdülər. Silahları patronla dolduraraq hazır vəziyyətə gətirmişdilər. Və ərazini gəzməyə başlamışdılar. O də özümə məxsus “Bäikal” markalı, 12 kalibrli, ********** nömrəli mülki ov silahını götürmüş və patronla dolduraraq hazır vəziyyətə gətirmişdir. Silahda 5 (beş) ədəd hazır patron var idi. Həmin silahı oraya özü ilə getdiyi Namiq adlı şəxsin avtomobilində yük yerində gətirmişdir. Onlar orada 15:00 radələrinədək olmuşdular. Orada olduqları müddətdə nə qədər axtarsalarda ovlanılacaq heyvan tapmamışdılar. Onlar əraziyə səpələnərək ayrı-ayrılıqda hərəkət edirdilər. Onun yaxınlığında heç kim yox idi. Silahdan atəş açmamışdır. Silahı patronla dolu vəziyyətdə olmuşdur. Bir müddət sonra ov olmadığından avtomobillərin yanına toplaşmışdılar. O silahını sökərək Namiqin avtomobilinə qoymuşdur. Qida qəbul edərək, o oradan tez uzaqlaşaraq oraya ov etmək üçün apardıqları iti axtarmağa başlamışdır. İti axtarsada tapa bilməmiş və avtomobilin yanına gəlmişdir. O oraya çatdıqda onlar getmək qərarına gəlmişdilər. Yolda polis əməkdaşları onları aşkarlamışdılar. O Namiqə məxsus “Vaz-21015” markal avtomobili idarə edirdi. Avtomobildə Namiq və Ədalət var idi. Digər Mercedes markalı avtomobili Rəşad adlı şəxs idarə edirdi. İlqara məxsus Mitsibuji markal avtomobili Rahim idarə edirdi. Polis əməkdaşları onlara özlərini təqdim edərək, araşdırma məqsədilə onları polis şöbəsinə dəvət etmişdilər, onlar etiraz etmədən onlarla şöbəyə gəlmişdilər. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Rübail Əbdürəhimov tərəfindən Qəbələ RPŞ-nin rəisi polis polkovniki cənab Fəxrəddin Abbasova üvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində meşəlik ərazidə bir neçə nəfər şəxsin ov etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında İTB-nin sahə polis nəfəri, polis baş serjantı Anar Həmidovla birlikdə dərhal həmin əraziyə getmişdir. Bir qədər sonra həmin ərazidə 3 ədəd minik avtomobilinin və 9 nəfər şəxsin olmasını görmüşdülər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan müvafiq sənədləri təqdim etmələrini xahiş etmişdilər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişdilər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onlara sonradan məlum olan X8, X4, Şəxs, X1, Şəxs, X7, X2, X6 və X5, onlarda olan 8 ədəd mülki ov tüfəngi, həmin tüfənglərə aid sursatlar, Mitsubishi L200 markalı **-CH-***, Mercedes ML-350 markalı **-EH-***, VAZ 21015 markalı **- NS-*** dövlət nömrə nişanlı avtomobillər və 4 ədəd ov iti PPX əməkdaşlarının iştirakı ilə rayon polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Oğuz rayonu Mollalı kənd sakini Şəxs istifadəsində olan bir ədəd 12 kalibrli “Baikal” markalı ********** nömrəli mülki ov silahı, 23 (iyirmi üç) ədəd patron və 1 (bir) ədəd ov bıcağı tərəflərindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli 1812 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, MR-155 markalı, ********** nömrəli ov silahı Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd, 12 kalibirli, “Baikal” markalı, ********** №-li mülki ov silahı müsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd, 12 kalibirli, “Baikal” markalı, ********** №-li mülki ov silahı, iyirmi üç ədəd patron və bir ədəd ov bıçağı Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar