Məhkəmə qərarları › İş №3(025)-584/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-584/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-584/2021 16.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Nadirovun, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnən və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu Milli kəndində anadan olmuş, Kəlbəcər rayonu Milli kəndində qeydiyyatda olan Şəxsnun barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 08.10.2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2 qaçqın şəhərciyində Zərərçəkmiş şəxs çiyinlərindən tutaraq silkələyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı T.Mehdizadənin 02 noyabr 2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Nadirov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində 16 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs 08.10.2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2 qaçqın şəhərciyində Zərərçəkmiş şəxs çiyinlərindən tutaraq silkələyərək ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Nadirov izahatında bildirmişdir ki, 08.10.2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2 qaçqın şəhərciyində Zərərçəkmiş şəxs çiyinlərindən tutaraq silkələyərək ona fiziki ağrı yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə günorta dərsdən çıxdıqdan sonra evə gələn oğlu Çinar ona məktəbdə 4-cü saatda yəni Zülfiyyə müəllimənin dərsində sinif yoldaşı Bilalın və sonuncunun bacısı Fidanın onu boğaraq itələdiklərini, nəticədə başının divara dəydiyini dedi. Oğlunun başına baxdığı zaman həqiqətən də onun başının şişdiyini gördü. Bu barədə məktəbin direktoru vəzifəsində işləyən Namiq Rəcəbovun mobil nömrəsinə zəng vuraraq hadisədən dəqiq xəbərdar olmaq istədiyi zaman sonuncu ona cavab olaraq hadisədən xəbərdar olduğunu, lakin Fidanla Bilalın öhdəsindən gələ bilmədiklərini, bu səbəbdən həmin uşaqların valideynləri ilə söhbət edilməsini məsləhət bildiyi üçün həmin uşaqların yaşadıqları binaya gedərək Bilalın anası Samirəni çağırdı. Samirə da yaşadığı mənzilin pəncərəsinə yaxınlaşaraq onun barəsində əxlaqsiz qadın ifadəsini işlədərək qapıdan bayıra çıxıb onun üzərinə hücum çəkmək istədiyi zaman qaçaraq ondan uzaqlaşdı. Lakin Samirə qapıdan bayıra çıxana kimi sonuncunun oğlu Bilalın çiynindən tutaraq onu silkələyib nə üçün oğlunu itələdiyini ondan soruşdu. Hadisə zamanı özü isə fiziki zora məruz qalmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbdə eyni sinifdə oxuduğu sinif yoldaşı X4 ilə münasibətləri yaxşı vəziyyətdə deyil. 08.10.2021-ci il tarixdə Güibəniz Nadirovanın onu döyməsinə səbəb elə həmin gün məktəbdə sinif yoldaşı Məhəmmədəli ilə zarafatlaşdığı zaman Çinarın ona irad tutması səbəbindən qarşılıqlı şəkildə dava etmələri olmuşdur. Belə ki qeyd olunan tarixdə yəni 08.10.2021-ci il tarixdə saat təqribən 16 radələrində yaşadığı binanın qarşısında olduğu zaman Güibəniz Nadirovanın ona tərəf hücum çəkərək yumruqla onun başına, boynuna, sifətinə və qollarına bir neçə dəfə, təpiklə isə arxa yanına bir dəfə vurmuşdu. Həmin vaxtı aldığı zərbələrdən ağradığına görə qışqırdı və səsinə anası Samirə Mahmudova gəldi. Elə həmin ərəfədə də Gülbəniz onu döydü. Lakin sonuncu anasını gördüyü zaman ondan əl çəkərək qaçıb uzaqlaşdı. İstər Çinar tərəfindən, istərsə də Güibəniz tərəfindən döyüldüyü zaman ətrafda kimlərin olduğunu bilmədi. Çinar tərəfindən döyülməsi ilə bağlı şikayət və tələbi olmadı. Onunla barışıb. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Nadirov tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar