Məhkəmə qərarları › İş №3(025)-585/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-585/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-585/2021 16.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 16.11.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-57/2021 nömrəli, 01.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Qəbələ Regional “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2017-ci il iyun ayının 11-də qeydə alınmış 167 nömrəli nikah pozulması, 08 aprel 2018-ci il təvəllüdlü X1 Rəfail İttifaq oğlundan alınıb saxlanılması üçün anası Zərərçəkmiş şəxs verilməsi, Şəxs 08 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasını təmin etməmiş, 08 aprel 2018-ci il təvəllüdlü X2 tələbkara verilməsindən boyun qaçırmışdır. Bu əsasla Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. Yalnız Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, Şəxs uşağı Zərərçəkmiş şəxs təhvil vermişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs yazılı ərizə təqdim edərək birgə nikahlarındana anadan olan 08 aprel 2018-ci il təvəllüdlü X2 anası - Zərərçəkmiş şəxs təhvil verdiyini bildirmiş, Zərərçəkmiş şəxs ona qarşı hər hansı şikayəti olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək birgə nikahlarındana anadan olan 08 aprel 2018-ci il təvəllüdlü X2 borclu tərəfindən ona təhvil verdiyini, hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 57/2021 nömrəli, 01.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Qəbələ Regional “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2017-ci il iyun ayının 11-də qeydə alınmış 167 nömrəli nikah pozulması, 08 aprel 2018-ci il təvəllüdlü X1 Rəfail İttifaq oğlundan alınıb saxlanılması üçün anası Zərərçəkmiş şəxs verilməsi, Şəxs 08 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 16.11.2021-ci il tarixli aktdan görünür ki, 16.11.2021-ci il tarixdə borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra, borclu inzibati məsuliyyətə cəlb olunmamaq üçün uşağı könüllü olaraq Qəbələ rayon İcra və Probasiya Şöbəsinə gətirdi. Borclu Şəxs öz istəyi ilə uşağı anası Zərərçəkmiş şəxs təhvil verdi. Uşaq təhvil verilərkən uşağa və borcluya qarşı heç bir zorakılıq halı baş vermədi. Uşağın sağlamlığına zərər dəymədən və heç bir problem olmadan anası tərəfindən aparıldı. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs qeyd olunan icra vərəqəsini 16.11.2021-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra icra etmiş, 08 aprel 2018-ci il təvəllüdlü X3 anası Zərərçəkmiş şəxs təhvil vermişdir. Bununla da borclu Şəxsnın icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar