Məhkəmə qərarları › İş №3(025)-585/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-585/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-585/2023 26.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X1 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2023-cü il tarixli EQ 16732336 saylı inzibati xəta haqqında qərarının ödənilməsinə baxmayaraq işin icra olunmamasının araşdırılması və ödənilmiş cərimə məbləğinin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdırıraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şikayətçi qüvvədə olan inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmayan, yəni işin icra olunmamasının araşdırılması və ödənilmiş cərimə məbləğinin geri qaytarılması ilə əlaqədar şikayətlənir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, şikayət baxılmadan geri qaytarımalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2023-cü il tarixli EQ 16732336 saylı inzibati xəta haqqında qərarının ödənilməsinə baxmayaraq işin icra olunmamasının araşdırılması və ödənilmiş cərimə məbləğinin geri qaytarılması barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət nəzərdə tutulmayıb. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar