Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-586/2021 17.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 17.11.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-153/2021 nömrəli, 20.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən mülki cavabdeh Şəxs 400 (dörd yüz) manat məbləğində maddi və 100 (bir yüz) manat mənəvi ziyan, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaşı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Halhazıradək borclu tərəfindən həmin icra sənədi üzrə heş bir ödəniş edilməmişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsi üzrə 500 (beş yüz) manat məbləğində pulu ödəməkdən yayınmır. Lakin maddi imkanı olduqca ağır olduğundan ödənişi edə bilmir. Fəhlə işləyir və günə 5- 10 manat pul qazanır. Əvvəllər Bakı şəhərində fəhlə işləmiş, kifayət qədər pul qazanmışdır. Halhazırda barəsində hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası olduğundan başqa rayonda da gedib işləyə bilmir. Sözügedən pul məbləğini ödəməkdən yayınmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-153/2021 nömrəli, 20.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən mülki cavabdeh Şəxs 400 (dörd yüz) manat məbləğində maddi və 100 (bir yüz) manat mənəvi ziyan, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaşı Zərərçəkmiş şəxs ödənilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs işsiz olduğundan və maddi imkanı aşağı olduğundan tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-153/2021 nömrəli, 20.04.2021-ci il tarixli icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Əvvəllər Bakı şəhərində işləsə də, hazırda ödənilməmiş azadlığın məhdudlaşdırılması cəzası olduğundan Qəbələ rayon ərazisini tərk edə bilmədiyindən digər şəhər və rayonlarda qazanc əldə edə bilmir. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-586/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-586/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver