Məhkəmə qərarları › İş №3(025)-586/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-586/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-586/2023 30.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 Qəhrəman Ağa oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda olarkən növbətçi hissədən məlumat daxil olmuşdur ki, Urqiyə Quluyeva (Qəhrəmanın anası) 102 qaynar xətinə şikayət etmişdir. Oğlu tərəfindən təhqir olunduğunu və oğlunun evdə münaqişə yaratdığını bildirmişdir. Onlar hadisə yerinə getmiş Qəhrəman orada nalayiq ifadələr işlədərək ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Onlar Qəhrəmanı sakitləşdirmək istəsələr də, Qəhrəman içkinin təsiri altında olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. Daha sonra onlar onu polis avtomobili ilə Qəbələ RPŞ-nə gətirmişdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etmişdir. Sərxoş olduğundan etdiyi hərəkətlərin fərqində olmamışdır. X2 onunla qonşuluqda yaşayır. Küçədə anası ilə qarşılaşmış, anası onu sərxoş olduğu üçün evə aparmaq istəmişdir. Həmin vaxt özündə olmadığı üçün küçədə anasına qarşı uca səslə nalayiq ifadələr işlətmişdir. Sonra isə hirslənərək anasının yaşadığı evə gedərək orada olan əşyaları sındırmışdır. Bundan sonra yenidən küçəyə çıxmış, həmin vaxt polis əməkdaşlarının gəldiyini görmüşdür. Anasının polis əməkdaşlarına xəbər verdiyini bilərək hirslənmiş və yenidən nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları xidməti avtomobillə onu polis şöbəsinə gətirmişdilər. Əməlindən peşimandır bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 oktyabr 2023-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar