Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-588/2023 30.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, Qəbələ rayonu, Corlu kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Qəbələ rayonu Zarağan kəndində yerləşən “Həyat” adlı şadlıq sarayının qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 Rizvan Ehtibar oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X9 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Qəbələ rayonu Zarağan kəndində yerləşən “Həyat” adlı şadlıq sarayının qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Həmin restoranda həmkəndlisinin toy məclisi olmuşdur. Həmin toy məclisində həmkəndlisi Cavid Kərimovla aralarında mahnı sifarişinə görə aralarında mübahisə yaranmışdır. Əvvəlcə restoranın daxilində sonra isə restoranın xaricində mübahisə edərək bir-birinin ünvanına nalayiq ifadələr işlətmişdilər. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokoll tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Zarağan kəndində yerləşən Həyat adlı şadlıq sarayında həmkəndlisi Yasinin 13:00-da keçirilən toy mərasimində iştirak etmişdir. Həmin toy mərasimində həm kəndliləri İlkin, Elməddin, Vüqar, Faiq, Arzu, Elgün, Cəlil və Elsevər adlı şəxslərlə bir masada əyləşmişdir. Orada təxminən 300 qram spirtli içki araq qəbul etmişdir. Bir müddət sonra yuxarıda qeyd etdiyi şəxslərlə bir yerdə əylənmək məqsədi ilə oynamağa başlamışdılar. İki dəfə mahnı sifariş vermişdir. Birinci mahnıdan sonra ayrı mahnı səslənmişdir. Yenidən ikinci dəfə həmin mahnını sifariş vermişdir. Həmin mahnını bilmədiyi şəxs kəsmiş və bir neçə şəxs eşitdiyi qədəri ilə “mahnını niyə kəsirsən” deyərək üzərinə gəlmişdir. Orada restoranın daxilində aralarında sözlə mübahisə yaranmışdır. Həmin şəxslərin arasında Cavid adlı şəxs də var idi. Aralarında mübahisə zamanı onu qardaşı, Arzu və Zabit restoranın çölünə çıxartmışdılar. Çölə çıxdıqdan sonra qardaşı Arzu onu özünün idarə etdiyi son 3 rəqəmi 014 olan boz rəngli Vaz 21011 markalı avtomobillə yanında gəlinləri Sarya adlı şəxslə yaşayış ünvanına gətirmişdir. Daha sonra baş verənlər barədə məlumatsızdır. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən Həyat adlı şadlıq sarayında administrator vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrndə Mirzəbəyli kənd sakini X1 toy məclisi təşkil olunmuşdur. Toy məclisi zamanı təxmini saat 16:00 radələrində şadlıq sarayının daxilində daha sonra xaricində magistral yolun kənarında toyda iştirak edən şəxslə arasında sözlü mübahisə yaranmışdır. Sonradan adlarını bildiyi Rizvan və Cavid adlı şəxslər restoran daxilində bir-birilərinə qarşı uca səslə nalayiq sözlər işlətmişdilər. Daha sonra onları sakitləşdirmək üçün çölə çıxarmışdılar. Çöldə aralarında mübahisə davam edib daha sonra onlar uzaqlaşaraq evə aparmışdılar. Məhkəmə iclasında şahid X8 (Həyat restoranında administrator vəzifəsində çalışır) şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X9 tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 oktyabr 2023-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-588/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-588/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver