Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-588/2024 06.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X14 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonunun, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində Qəbələ rayonu Zarağan kəndində ictimai məkanda ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Zarağan kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Qəbələ rayonu, Zarağan kəndində polis əməkdaşı onun idarə etdiyi “Renault Megan” markalı maşınına yaxınlaşaraq arxa nömrəsinin çirkli olduğunu bildirmişdir. Onlar söhbət edən zaman polis əməkdaşı ondan içki qoxusu gəldiyini bildirmişdir. O yoxlanış edilməsini bildirmişdir. Polis əməkdaşı spirtli içkini yoxlayan “alkotestr” ilə onu 2 dəfə müyinə etmiş və onun “alkotestr”dən düzgün istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşları onu Qəbələ RMX-na aparmışdılar. Qəbələ RMX-da onu 4 dəfə müayinə etsələr də, içkili olmadığını bildirmişdilər. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt o, onun tərəfindən nalayiq ifadələr işlədilməmiş və polis əməkdaşlarına tabesizlik göstərilməmişdir. İş üzrə şahid X6 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin baş serjantı vəzifəsində işləyir və xx.xx.2024-cü il tarixdə polis nəfəri X5 ilə birlikdə Qəbələ rayon Zarağan kəndində xidmətdə olmuşdur. Zaurla birlikdə xidmətdə olarkən “Renault Megan” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Zaur Cavadzadə avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və saxlanılan sürücü Şəxs kəskin şəkildə spirtli içki qoxusu gəldiyini hiss etmişdir. Sürücünü sükanı tərk etməsini bildirmişdir. Onlar sürücünü saxladıqları ərazidə “alkotestr” müayinəsində keçirtmək istəsələr də, sürücü imtina etmişdir. Həmin vaxt sürücü Çələbiyev X1 səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Onlar sürücünü Qəbələ RMX-na tibbi müayinə üçün aprmışdılar. Sürücüdən spirt qoxusu gəlsədə o müayinədən imtina etmişdir. Daha sonra onlar Kənanı Qəbələ RPŞ-nə gətirmişlər. Kənan şöbənin inzibati binasında nalayiq ifadələr işlətmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 şahid X2 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Qəbələ rayon Zarağan kəndində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və inzibati qaydada tutulmuşdur. Həmin tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu Zarağan kəndində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Ona görə də,o, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2010cu il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X12 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın motivi ilə əlaqədar olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edərək barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-588/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-588/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver