Məhkəmə qərarları › İş №3(025)-589/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-589/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-589/2021 22.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 13 oktyabr 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs saçlarından tutaraq itələmiş, ona fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞnin TB-nin baş təhqiqatçısı, polis kapitanı T.Mehdizadənin 03 noyabr 2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov həmin qərarı rəhbər tutaraq, Şəxsnın barəsində 19 noyabr 2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs 13 oktyabr 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs saçlarından tutaraq itələmiş, ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 12 sentyabr 2006-cı il tarixdə ailə həyatı qurmuş və birgə evliliklərindən üç azyaşlı övladı (15.02.2007-ci il təvəllüdlü Pərvız Abdullayev, 11.09.2009-cu il təvəllüdlü Pünhan Abdullayev və 08.10.2014-cii il təvəllüdlü Ömər Abdullayev) dünyaya gəlmişdir. Lakin Nuranə ilə evlilikləri müddətində yola getmədikləri üçün 10 sentyabr 2021-ci il tarixdə yerli rayon məhkəməsinin qəbul etdiyi Qətnamə əsasında rəsmi qaydada ayrılmışlar və boşanmadan sonra qətnaməyə əsasən övladları Pərviz və Pünhanın onunla, Ömərin isə anası Nuranə ilə birgə yaşaması müəyyən edilmişdir. Rəsmi qaydada Nuranə ilə boşanmasına baxmayaraq uşaqları ilə görüş saatlarının təyin edilməsi ilə əlaqədar hər hansısa məhkəmə prosesinin təyin edilməmişdir. 13 oktyabr 2021 -ci il tarixdə saat 11:45 radələrində azyaşlı övladı Öməri görmək üçün sonuncunun oxuduğu 4 saylı tam orta məktəbə getməsinə baxmayaraq sonuncunun ona övladını görməsinə öz etirazını bildirmiş və bu səbəbdən aralarında sözlü mübahisələri düşmüşdür. Həmin mübahisə zamanı Nuranə onu məktəbdən bayıra çıxarmaq məqsədi ilə üzərinə hücum çəkmək istədiyi zaman Nuranənin saçlarından tutaraq onu əli ilə itələmiş, lakin Nuranə onu döyməyə imkan edə bilməmişdir. Sonradan oğlu Ömərlə görüşə bilmədiyi üçün isə məktəbdən çıxaraq geri qayıtmışdır. Nuranəni döyməmiş, ona heç bir fiziki ağrı yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşı Şəxs ilə onunla yola getməməsi və onu mütəmadi olaraq təhqir etməsi, eləcə də tez-tez spirtli içki qəbul edərək münaqişələr salması səbəbindən rəsmi qaydada boşanıblar. 13 oktyabr 2021-ci il tarixdə saat 11:45 radələrində Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbdə oxuyan 2014-cü il təvəllüdlü oğlu Ömər Abdullayevi məktəbdən götürərək evə gətirmək üçün məktəbə getdi. Elə həmin vaxtı onun arxasınca gələn keçmiş həyat yoldaşı Fəxri əlində tutduğu məzmununu bilmədiyi bükülmüş formalı kağızı təqdim edərək övladı Ömərlə görüşə icazəsinin olduğunu dedi. Lakin Fəxriyə cavab olaraq övladı ilə görüşə icazə verən hər hansısa sənədlə tanışlığının olmadığını dedi. Şəxs də həmin vaxtı aldığı cavabdan əsəbləşdiyi üçün əvvəlcə onunla sözlü mübahisə etdi, daha sonra isə mübahisəni davaya çevirərək onun üzərinə hücum çəkib saçlarından tutub yolmağa başladı. Həmin hadisəni görən oğlunun ibtidai sinif müəlliməsi Sevil müəllimə və oğlunun sinif yoldaşının anası Gülnar Fəxrini ondan ayırmaqda köməklik etdi. Nəticədə Fəxrinin ondan əl çəkdi. Lakin Şəxs oğlu Ömərə qarşı fiziki zor tətbiq etməmişdir. Özü də Şəxs qarşı fiziki zor tətbiq etməmişdir, onu ictimai yerlərdə nalayiq ifadələrlə təhqir etməmiş, eləcə də sonuncunu və ailəsini öldürməklə hədələməmişdir. Sözügedən məzmunda iddialar yalnışdır. Sonda isə Zərərçəkmiş şəxs Şəxs barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs övladı Ömərin Qəbələ şəhəri Nicat Apayev adına 4 saylı tam orta məktəbdə müəlliməsidir. 13 oktyabr 2021-ci il tarixdə saat 11:50 radələrində məktəbin həyətində olarkən Ömərin valideynləri Şəxs və Zərərçəkmiş şəxs arasında olan münaqişəni görmüşdir. Fəxri və Nuranə bir-birinin üzərinə qışqırmı, laki, bir-birlərini döyməmiş, hər hansı bir fiziki ağrı yetirməmişdirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 13.10.2021-ci il tarixli, 508 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı, həmçinin hadisənin tam təfsir edə bilməyən şahidin izahatları olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxsnın təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Həmçinin, ekspert rəyinə gəldikdə, rəydə Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Tural Mehdizadə tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı çıxış etmişdir ki, o, da ziddiyyətlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən ziddiyyəti aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar