Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-591/2021 22.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 17.10.2021-ci il tarixdə Qəbələ rayonu Bum yolu adlanan yerdə Şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 13.10.2021-ci il tarixdə Qəbələ rayonu Bum yolu adlanan yerdə Şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə nahardan sonra saat 16 radələrinə yaxın “Sağlamlıq” adlanan restoranın mədəniyyət evindən yola çıxdığı zaman həmkəndlisi Zərərçəkmiş şəxs gördü və həmin şəxsi gördüyü zaman sonuncunun keçmiş həyat yoldaşı Qumru ilə İnstagram və Tik-tok sosial şəbəkələrində yazışması ilə ailəni dağıtmasını səbəbindən əsəbləşdi. İsməti görüb ona yaxınlaşıb “əyləş avtomobilə gedək söhbətə” dedi, lakin İsmət ona “əl çək məndən, səninlə heç bir yerə getmirəm” deyərək söyüş söydü, lakin o, yenə də İsməti söhbətə dəvət etdi ki nə üçün onun ailəsini dağıtmasının səbəbini ona desin. İsmət isə yenə ona məhəl qoymadığı üçün şillə ilə onun sifətinə və başına iki dəfə vurdu, sonra İsmət idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmək istədiyi zaman o, yenə də İsməti saxladaraq onu söhbətə dəvət etmək üçün sonuncunun idarə etdiyi avtomobilin qarşısına keçərək həmin avtomobilə əyləşmək istəsə də İsmət ona imkan verməyərək avtomobilini sürüb uzaqlaşdı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həmkəndlisidir, eləcə də uzaq qohumudur. Turan ilə münasibətləri əvvəllər yaxşı vəziyyətdə olmuşdur, lakin son 6 ay ərzində onun tanımadığı halda Turanın keçmiş həyat yoldaşı X6 ilə “Tiktok” sosial şəbəkəsində yazışmağı bəlli olunduğu tarixdən sonra aralarındakı münasibətlər pisləşməyə başladı. Belə ki, həmin hadisələrdən sonra Turan onu fürsət tapdığı hallarda öldürməklə hədələyir, ünvanına nalayiq ifadələr işlədir, sataşır və onu rahat buraxmır. 17 oktyabr 2021-ci il tarixdə nahardan sonra saat təqribən 16 radələrinə yaxın o, “Sağlamlıq” adlanan restoranın arxa tərəfində avtomobilinin maqnitofonunu təmir etdirdiyi zaman adını qeyd etdiyim kafedən çıxan Turan onu gördüyü zaman ona tərəf gələrək “otur maşına gedək kənarda söhbət edək ” ifadəsini işlədərək onu təhqir etdi. O, isə Turana “öt Turan, məndən əl çək” dedi, lakin Turan ondan uzaq durmasını xahiş etməyinə baxmayaraq üzərinə hücum çəkib yumruqla sifətinə, başına və boynuna bir neçə dəfə yumruqla vurdu, nəticədə o, sol gözü əvvəlcə şişdi daha sonra isə qaralmağa başladı. Turan onu vurduğu zaman ətrafda heç kim olmasa da sonradan səsə yaxınlıqdakı iaşə obyektlərinin sahibləri, eləcə həmin iaşə obyektlərinə gələn müştərilər (ümumilikdə təxminən tanımadığım 3-4 ıry şəxs) toplaşdılar və onlar Turanı ondan ayıraraq davanı yekunlaşdırdılar. O da sonra avtomobilinə əyləşərək geri evinə getmək istədiyi zaman Turan avtomobilin qarşısına çıxaraq söyüş söyməyə başladı, daha sonra isə avtomobilin ön sağ oturacağ əyləşmək istədiyi zaman o və eləcə də əvvəlki davanı ayıran şəxslər ona imkan vermədilər və o da fürsətdən istifadə edərək oradan uzaqlaşdı. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-591/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-591/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver