Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-592/2024 14.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il noyabrın 05-də Kəlbəcər rayonu Taxtabaşı kəndində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Taxtabaşı kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu, Zarağan N, Qaçqın şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 noyabr N0N4-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X6 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.N0N4-cü il tarixdə saat 17:35 radələrində Qəbələ rayonu, Həmzəlli kəndi ərazisində yerləşən FHN-nin N saylı hərbi hissənin qarşısında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 14 noyabr N0N4-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X6 izahatında göstərdi ki, Şəxs xx.xx.N0N4-cü il tarixdə saat 17:35 radələrində Qəbələ rayonu, Həmzəlli kəndi ərazisində yerləşən FHN-nin N saylı hərbi hissənin qarşısında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Şəxs ər-arvad münasibətlərində olduğu Vəfa Muradova sözügedən hərbi hissədə işləyir. Hərbi hissədə telefon işlədəyən zaman hərbi hissənin yeməkxana rəisi Vəfa Muradovun əlindən telefonunu əlindən almışdır. Bu səbəbdən Şəxs sözügedən hərbi hissənin qarşısında nalayiq ifadələr işlətmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, özünün rəsmi nikahı olmaqla evlidir. Rəsmi nikahından 3 uşağı vardır. Bundan əlavə Vəfa Muradova ilə qeyri-rəsmi münasibətdədir və onunla dini nikahı vardır. Vəfa Muradova ilə münasibəti olmasını bütün qohumları, həmçinin rəsmi ailəsi bilir. Hərbi hissənin yeməkxana rəisinin Vəfa Muradovadan telefon almasına heç bir etirazı olmamışdır. Lakin o, Vəfa Muradovaya zəng edəndə zəngə yeməkxana rəisi olan ____ cavab verməsi onu əsəbləşdirmişdir. Buna baxmayaraq hərbi hissənin qarşısında heç bir nalayiq ifadə işlətməmişdir. Heç bir xuliqanlıq əməli törətməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X1 Emin Bilal oğlunun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.N0N4cü il tarixində o, işlədiyi hərbi hissədə NBM-də növbətçi vəzifəsində xidmət edirmiş. Həmin gün saat 17:35 radələrində NBM-nin qarşısında olan vaxt hərbi hissədə işləyən N nəfər qadın hərbi hissədən çıxan vaxt təxminən N0 metr kənarda olan sonradan adını bildiyi Şəxs qışqıraqışqıra Vəfa adlı qadına tərəf gəlib “İsrəfilov kimdir ki sənin telefonunu əlindən alır” demiş, həmçinin Şəxs yeməkxana rəisi olan İsrafilov Ədalətin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs nalayiq ifadələr işlədən zaman orada övladları ilə görüşməyə gələn valideynlər, həmçinin hərbi hissədən çıxan hərbi qulluqçular olmuşdur. Şəxs uca səslə qışqırıb nalayiq ifadə işlətməsi N-3 dəqiqə çəkmişdir. Şəxs nalayiq ifadə işlədən vaxt orada olan şəxslər narahat olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində digər şahid X9 ilə eyni məzmunda izahat verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş XN ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən FHN-nə məxsus N saylı hərbi hissədə işləyir. Vəfa Muradova ilə işdən adətən birlikdə çıxırlar və Şəxs elə tanıyır. xx.xx.N0N4-cü il tarixdə saat 17:30 radələrində işdən çıxan zaman Şəxs nəzarət buraxılış məntəqəsində nalayiq ifadələr işlətmişdir. Buna səbəb isə Vəfa Muradovanın işdə telefon zənginə cavab verməməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, FHN-nin Qəbələ rayonunda yerləşən hərbi hissəsində işləyir. Şəxs ilə 3 ildir ki, faktiki ər-arvad münasibətləri vardır. Onların həmçinin molla nikahı vardır. Hadisə günü Şəxs onu işdən götürməyə gəlmiş, avtomobildən düşərək yalnız yeməkxana rəsinin niyə onun telefonuna cavab verməsini bildirmişdir. Lakin Şəxs nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən FHN-nə məxsus N saylı hərbi hissədə yeməkxana rəisi işləir. Vəfa Muradova onun tabeçiliyində işləyir. Vəfa Muradova smartfon telefon işlətdiyindən telefonu ondan götürərək şkafa qoymuşdur. O, Vəfa Muradovanın telefonuna gələn zənglərə cavab verməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.N0N4-cü il tarixdə saat 17:35 radələrində Qəbələ rayonu, Həmzəlli kəndi ərazisində yerləşən FHN-nin N saylı hərbi hissənin qarşısında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.N004-cü il tarixli 1 saylı Qərarının N-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən NN1-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 1N.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in N1-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 1N8-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 noyabr N0N4-cü il saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-592/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-592/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver