Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-594/2021 02.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X7 Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X7 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X7 Regional İdarəsi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 19 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət X7 Regional İdarəsidən daxil olmuş MN ******* nömrəli, 19 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektinə aid ümumi ölçüsü 8,08 m2, ümumi sayı 4 ədəd olan fasad reklamları müvafiq icarə sənədləri olmadan yerləşdirmişdir və yayımlamaqdadır. Bununla da X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X1 şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektinə aid ümumi ölçüsü 8,08 m2, ümumi sayı 4 ədəd olan fasad reklamları müvafiq icarə sənədləri olmadan yerləşdirmişdir və yayımlamaqdadır. 25 oktyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin göstəriş tərtib edilib özünə göndərilmişdir. X4 protokolun tərtib ediləcəyi yer və vaxt barəsində X8 İdarəsinin istifadəsində olan ********** nömrəli korporativ nömrə ilə zəng edərək məlumat verilmiş, göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməyi bildirmişdir. X10 protokol tərtib edilməsində iştirak etməmiş və 19 noyabr 2021-ci il tarixdə X3 barəsində iştirakı olmadan protokol tərtib edilmişdir. Nəvai Həmidov sözügedən reklamı sökməmişdir. Eyni zamanda Nəvai Həmidov 2021-ci ildə Qəbələ Rayon Məhkəməsinin müvafiq qərarı ilə İXM-nin 428.7.1ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Göstərilən halın nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 izahatında göstərdi ki, göstərilən “Təzə ət” sahibkarlıq obyekti ona məxsusdur. Həmin obyekt köhnə tikili olduğundan reklam lövhələri sökülən zaman obyektin görünüşü yaxşı görünmədiyindən reklamı sökməmişdir. Cərimə ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli, İRY 001590 nömrəli aktdan görünür ki, X3 iştirakı olmadan X5 tərəfindən İXM-nin 428.7.1-ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bu səbəblə akt tərtib edilmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli İMG 001590 nömrəli göstərişdən görünür ki, X2 “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3cü bəndini rəhbər tutaraq müvafiq aktda qeyd olunan qayda pozuntularını (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması tələb olunmuş, ona əks halda İXM-nin 428.7-ci maddəsini əsas tutaraq barəsində protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X7 Regional İdarəsi tərəfindən X4 ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Nəvai Həmidova akt və icrası məcburi olan göstərişin surəti göndərilərək icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X8 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, əks halda barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəyi bildirilmişdir. Həmçinin inzibati işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olmuşdur ki, müvafiq məktubu X5 10.11.2021-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. İşdə olan 18.11.2021-ci il tarixli “Telefonoqram”dan görünür ki, X4 19.11.2021-ci il tarixdə saat 11:00-da fəaliyyət göstərdiyi Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləciyi yer və vaxt barəsində X8 İdarəsinin istifadəsində olan ********** nömrəli korporativ nömrə ilə zəng edərək məlumat verilmiş, göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməyi bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli 3(025)-306/2021 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, X5 fiziki şəxs kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və X5 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - X5 müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsini almadan Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektinə aid ümumi ölçüsü 8,08 m2, ümumi sayı 4 ədəd olan fasad reklamları müvafiq icarə sənədləri olmadan yerləşdirmiş və yayımlamaqdadır. Bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-594/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-594/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver