Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-594/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il dekabrın 23-də Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 noyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 2022-ci ilin avqust ayında Qəbələ rayon Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 450 (dörd yüz əlli) manat pulunu ödəməyərək camış heyvanını ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 göstərdi ki, Şəxs 2022-ci ilin avqust ayında Qəbələ rayon Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 450 (dörd yüz əlli) manat pulunu ödəməyərək camış heyvanını ələ keçirmişdir. Şəxs barəsində olan digər faktlar üzrə Qəbələ RPŞ-nin İB-in müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi məhkəməyə göndərilmiş, həmin cinayət işi üzrə 15 sentyabr 2023-cü il tarixdə “Sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən Cinayət işi üzrə təqsirləndirilən səxs X1 Zərərçəkmiş şəxs məxsus 450 (dörd yüz əlli) manat dəyərində camış heyvanını etibardan sui istifadə və ya aldatma yolu ilə ələ keçirməsi ilə bağlı xüsussatın xırda talama hesab edildiyindən ona elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınması və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat işi başlanması üçün qərarın surətinin şöbənin İTB-nə verilməsi qərara alınmışdır. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 01 baş dişi cinsli dana və 01 baş dişi cinsli bir illik camış heyvanı almışdır. 01 baş dişi cinsli dananı 800 manata, dişi cinsli camış balasını isə 450 manata almağa öz aralarında razılaşmışlar. Heyvanları apardıqdan təxminən 4 gün sonra dananın 800 manat pulunu vermişdir. Camış heyvanının isə 450 manat pulunu bu günə qədər verməmişdir. Əgər ona vaxt verilərsə, ayın axırında həmin pulu ödəyə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayonunun Yeni Dızaxlı kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Şəxs iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olması kimi tanımışdır. Təssərrüfatına məxsus 01 baş dişi cinsli dana və 01 baş dişi cinsli bir illik camış heyvanı olmuşdur ki, həmin heyvanlara baxmaqda çətinlik çəkdiyi üçün onları satmaq qərarına gəlib bu barədə həmkəndlisi Telsun Aşıralıyevə məlumat vermişdir. Telsun ona Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Şəxs heyvan alqı-satqısı ilə məşğul olduğunu, ondan eləcə də bir neçə nəfər Dızaxlı kənd sakinindən heyvan aldığını və bu barədə Şahlara deyərək ona məxsus heyvanları da ala biləcəyini bildirmişdir. 2022-ci ilin avqust ayının sonlarında Şəxs həmkəndlisi Tural adlı şəxsin idarə etdiyi boz rəngli Qaz 24 markalı dövlət nömrə nişanı yadında qalmayan avtomobili ilə həyətinə gəlmişdir. Şahlar heyvanlara baxıb diri çəkilərinə görə ayaq üstə 01 baş dişi cinsli dananı 800 manata, dişi cinsli camış balasını isə 450 manata almağa öz aralarında razılaşmışlar. Şahlar ilə razılıqları belə olmuşdur ki, o, heyvanları ondan alıb satdıqdan sonra pulunu verəcəkdir. Hətda ona belə bir məlumat olmuşdur ki, Şahlar alıb apardığı heyvanların yaxşılarını şəhid ailələrinə və qazilərə verir, buna görə sosial yardım tərəfindən ona pul verilir, buna görə Şahlara inanıb heyvanlarını ona nisiyə vermişdir. Şahlar ona məxsus heyvanıları apardıqdan təxminən 4 gün sonra dananın 800 manat pulunu vermişdir. Camış heyvanının isə 450 manat pulunu bir həftə ərzində verəcəyini bildirmişdir. Həmin məsələdən indiyə kimi xeyli vaxt keçməsinə baxmayaraq ondan alıb apardığı camış heyvanının pulunu verməmiş, müxtəlif bəhanələr gətirərək 01 baş camış heyvanını ələ keçirmişdir. Onun pulunu bu günə qədər qaytarmadığından Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələn RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 15 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarının surətindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən səxs X1 Zərərçəkmiş şəxs məxsus 450 (dörd yüz əlli) manat dəyərində camış heyvanını etibardan sui istifadə və ya aldatma yolu ilə ələ keçirməsi ilə bağlı xüsussatın xırda talama hesab edildiyindən ona elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınması və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat işi başlanması üçün qərarın surətinin şöbənin İTB-nə verilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını ələ kəçirərək Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 117-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2023-cü il saat 14:20-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-594/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-594/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver