Məhkəmə qərarları › İş №3(025)-595/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-595/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-595/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 25 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Yeni Dızaxlı kəndində qayınanası Zərərçəkmiş şəxs döyərək, qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 18 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı olmuşdur. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində 01 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək, qəsdən fiziki ağrı yetirmişdir. Belə olan halda Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Zərərçəkmiş şəxs döyərək, qəsdən fiziki ağrı yetirdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı X5 izahatında bildirdi ki, Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 18 oktyabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında» qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə, o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 01 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X1 onun əridir. Həmin şəxslə 6 ildir ki, evlidir, 2 azyaşlı övladları vardır. Əri ilə aralarında olan mübahisələri ilə bağlı 2023-cü ilin iyun ayından anası Mehriban Nəbiyeva və kiçik övladı Səfərçinova Mələk ilə birlikdə Qəbələ rayonunda kirayə evdə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 19:37 radələrində işdən çıxıb anası Mehriban Nəbiyeva ilə birlikdə Qəbələ rayon H.Əliyev prospektində yerləşən Gəncə təndir iş yerinin qarşısında dayanaraq, mobil telefon ilə 4040-a zəng edərək taksi sifariş vermiş, bir neçə dəqiqədən sonra markasını və nömrəsini bilmədiyi qara rəngli taksi gəlmişdir. Anası və özü həmin nəqliyyat vasitəsinə əyləşərək, Qəbələ rayon Dızaxlı kəndinə, ərinin yaşadığı evə böyük övladını görməyə getmişlər. Nəqliyyat vasitəsi ilə ərinin yaşadığı evin yanında dayanıb, anası Mehriban Nəbiyevan qapını döymüş və qayınanası Zərərçəkmiş şəxs qapını açmışdır. Onunla görüşərək, anası Mehriban Nəbiyeva nəvəsi Zəhranı görməyə gəldiyini, qayınanası Zərərçəkmiş şəxs isə yaxşı etmisən, demiş, daha sonra Zəhra onun yanına gəlmiş, onu götürüb, qayınanasına “uşağı aparıram” demiş, Zərərçəkmiş şəxs isə ona “olmaz uşaq müalicə alır” , demişdir. Uşağını götürüb 1-2 metr irəli, maşının yanına getmiş, maşına əyləşib oturmaq istəmiş, lakin qayınanası ona icazə verməmişdir. Daha sonra digər tərəfdən anası da gəlmiş, maşına əyləşərək çıxıb getmişlər. Zərərçəkmiş şəxs sürücüyə “sən kimsən ki, bura gəlmisən” demişdir, buna fikir vermədən uzaqlaşmışlar. Zərərçəkmiş şəxs nə o nədəki anası heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun gəlini, X4 isə onun qudasıdır. Gəlini ilə oğlu X1 arasında bir neçə dəfə mübahisələr olduğu üçün gəlini böyük övladını da götürüb anasının yanına Qəbələ rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən evin qapısının döyüldüyünü eşidib, qapını açdıqda qudası Mehriban Nəbiyeva və gəlini Şəxs görmüşdir. Qudası ona “Nuralı dayı evdədir?” deyə sual vermiş, qudasına Nuralının evdə olmadığını bildirmişdir. Nəvəsi anasını görüb onun yanına getmişdir. Qudası ilə söhbət edərkən Şəxs azyaşlı övladı Zəhranı götürüb getmək istədikdə, ona “babası gəlsin sonra uşağı apararsan” demişdir. Uşaq ağlamağa başlamış, Şəxs da uşağını götürüb özləri ilə birlikdə taksiyə əyləşdirmişdir. Gəlininin əlindən nəvəsi Zəhranı götürmək istəmiş, lakin, gəlini icazə verməmişdir. Bu zaman gəlini onun sol çiyin nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuş, həmin vaxtda qudası Mehriban Nəbiyeva da onun sol əl nahiyyəsini sıxıb uşağı əlindən götürmək istəmişdir. Daha sonra onlar hər ikisi onu itələyərək yerə yıxmışlar, onun çiyni daşa dəəyib əzilmişdir. Mehriban Nəbiyeva taksi sürücüsünə “maşını sür” demiş, maşını sürüb getmişlər. Ağlayıb qışqırmış, yaşadığı evə getmiş, bu barədə baldızına, daha sonra oğlu Təbriz Səfərçinova məlumat vermişdir. Mübahisə vaxtı hadisə yerində kənar şəxslərdən heç kim olmamışdır. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 545 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə nahiyyəsinin, sol çiyinin üst səthinin və sol budun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərdiyi tarixdə yəni xx.xx.2023-cü il tarixdə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması, həmçinin hadisənin tam təfsir edə bilməyən şahidlərin izahatları olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki ailə uzun müddətdir münaqişəli vəziyyətdədirlər, ona görə də Rəqabə Səfərçinovanın izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs inzibati xətanın törədilmə mexanizmi ilə bağlı ilkin araşdırma dövründə, ekspertiza tədqiqatı zamanı onu müayinə edən ekspertə və məhkəmədə fərqli izahatlar vermişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs döyülməsi və xəsarətlərin yetirilməsi mexanizmi baxımından üç müxtəlif izahat vermişdir. Bu isə onun qərəzsizliyini və verdiyi izahatların mötəbərliyini şübhə altına alır. Təkcə həmin izahatlarla Zərərçəkmiş şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan başqa, təhqiqat zamanı izahatları alınmış şahidlərdə, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini heç kim görməmiş, digəri isə (taksi sürücüsü) tam təsdiq etməmişdir. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətləri qisas almaq məqsədilə onun özü tərəfindən də yetirilməsi mümkündür. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs üç fərqli zamanda hadisənin törədilmə mexanizmi ilə bağlı fərqli izahatlar vermişdir və bu ona vurulmuş xəsarətin Şəxs tərəfindən törədildiyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Toğrul Aslanlı tərəflərin, hadisəyə aidiyyəti olmayan şahidlərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin zərər cəkmiş səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar