Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-598/2023 16.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X5 iştirakları ilə X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X4 inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətin təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X4 ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X4 inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakılara əsasən X13 İdarəsinin rəis müavini X4 haqqında qəbul etdiyi inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək, əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. O və arvadı X2 Qəbələ rayonun Kötüklü kəndində yaşayış evləri vardır. Eyni zamanda ona xüsusi mülkiyyət hüququ ilə Qəbələ rayonunun Nic qəsəbəsində 0,40 ha torpaq sahəsində yerləşən obyekt məxsusdur. Həmin 0,40 ha torpaq sahəsində mehmanxana tipli yaşayış sahəsi də var (müvafiq arayışın, çıxarışın surəti və Nic qəsəbəsindəki yaşayış sahəsinin fotoşəkilləri əlavə edilir). 2023-cü ilin sentyabr ayının ortalarında Türkiyə Respublikasından Yılmaz Umit və Virdil Selim adlı tanışları Azərbaycan Respublikasına gəlmiş və onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə əsasən onun razılığı ilə Qəbələ rayonun Kötüklü kəndində arvadı X3 məxsus yaşayış evimizə qeydiyyata alınmışlar. 2023-cü ilin sentyabr ayının 26-da səhhətində olan problemlərlə əlaqədar Türkiyə Respublikasına, oradan da Almaniya Federativ Respublikasına müalicə almaq üçün getmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikasına qayıtmışdır. O, Azərbaycanda olmadığı üçün Yılmaz Umit və Virdil Selim adlı tanışları müvvəqəti olaraq daha əlverişli şəraiti olan onun xüsusi mülkiyyətindəki Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən mehmanxana tipli yaşayış sahəsində qalmışlar. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin inspektoru X12 inzibati xətanın tərkibinin yaranması üçün zəruri olan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində nəzərdə tutulmuş 5 iş günü müddətini belə gözləmədən Virdil Selimin və Yılmaz Umitin xx.xx.2023-cü il tarixdən bir yerdən başqa yerə gedərkən olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməmələrinə dair xx.xx.2023-cü il tarixdə onların barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmələri haqqında MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib etmiş və onlar həmin protokollara əsasən inzibati məsuliyyətə cəlb olunmuşlar. (protokolların və qərarların surətləri əlavə olunur) Həmin şəxslər artıq Türkiyə Respublikasına qayıtmışlar. X13 İdarəsinin inspektoru N.V.Əkbərov eyni zamanda onun barəsində də inzibati xətanın tərkibinin yaranması üçün zəruri olan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində nəzərdə tutulmuş 5 iş günü müddətini belə gözləmədən 2 nəfər əcnəbi vətəndaşını "Qəbələ rayonu xx.xx.2023-cü il tarixdən Miqrasiya Məcəlləsi müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan" çıxarmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş həmin protokola X13 İdarəsinin rəis müavini X8 tərəfindən baxılaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib MN №0524419 saylı xx.xx.2023cü il tarixli qərarla 300 manat məbləğində cərimə olunmuşdur. (protokol və qərarın surətləri əlavə olunur) Qeyd edir ki, X13 İdarəsinin inspektoru N.V.Əkbərov barəsində inzibati xəta haqqında protokol tərtib edərkən, X13 İdarəsinin rəis müavini T.E.Etibarlı isə həmin materiala baxarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin tələblərini kobud surətdə pozaraq inzibati xəta haqqında işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamış, yuxarıda qeyd etdiyi hüquq normalarının müddəalarına əsasən (Əcnəbi qeydiyyata alındığı yaşayış sahəsinin sahibinə məxsus digər yaşayış sahəsində müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasının tələb olunmaması, olduğu halda belə 5 iş günü müddətinin gözlənilməməsi) əməlində hər hansı bir inzibati xətanın tərkibi olmadığı halda barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq ona qeyd etdiyi inzibati tənbeh verilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin inspektoru X12 inzibati xətanın tərkibinin yaranması üçün zəruri olan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində nəzərdə tutulmuş 5 iş günü müddətini belə gözləmədən Virdil Selimin və Yılmaz Umitin xx.xx.2023-cü il tarixdən bir yerdən başqa yerə gedərkən olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməmələrinə dair xx.xx.2023-cü il tarixdə onların barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmələri haqqında MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib etmiş və onlar həmin protokollara əsasən inzibati məsuliyyətə cəlb olunmuşlar. (protokolların və qərarların surətləri əlavə olunur) Həmin şəxslər artiq Türkiyə Respublikasına qayıtmışlar. X13 İdarəsinin inspektoru N.V.Əkbərov eyni zamanda onun barəsində də inzibati xətanın tərkibinin yaranması üçün zəruri olan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində nəzərdə tutulmuş 5 iş günü müddətini belə gözləmədən 2 nəfər əcnəbi vətəndaşını "Qəbələ rayonu xx.xx.2023-cü il tarixdən Miqrasiya Məcəlləsi müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan" çıxarmadığıma görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş həmin protokola X13 İdarəsinin rəis müavini X8 tərəfindən baxılaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib MN №0524419 saylı xx.xx.2023cü il tarixli qərarla 300 manat məbləğində cərimə olunmuşdur. (protokol və qərarın surətləri əlavə olunur) Qeyd edir ki, X13 İdarəsinin inspektoru N.V.Əkbərov barəsində inzibati xəta haqqında protokol tərtib edərkən, X13 İdarəsinin rəis müavini T.E.Etibarlı isə həmin materiala baxarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin tələblərini kobud surətdə pozularaq inzibati xəta haqqında işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamış, yuxarıda qeyd etdiyi hüquq normalarının müddəalarına əsasən (Əcnəbi qeydiyyata alındığı yaşayış sahəsinin sahibinə məxsus digər yaşayış sahəsində müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasının tələb olunmaması, olduğu halda belə 5 iş günü müddətinin gözlənilməməsi) əməlisində hər hansı bir inzibati xətanın tərkibi olmadığı halda barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq ona qeyd etdiyi inzibati tənbeh verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X9 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, Qəbələ rayonu Kötüklü kəndində yerləşən mənzil arvadı X3, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mehmanxana isə ona məxsusdur və hər iki əmlak birgə nikah dövründə alınmışdır. Bu halların da məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X5 Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı əsaslara görə ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. X9 xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit (pasport nömrəsi A24K50682)) və Virdil Selim (pasport nömrəsi A********) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə uyğun Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. DMX tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edib-etməməsini araşdıran zaman yuxarıda adları qeyd olunan Türkiyə Respublikası vətəndaşlarını yaşadığı ünvana olduğu yer üzrə qeydiyyata alan X5 qeydiyyata aldığı Qəbələ rayonu, Kötüklü kəndi-ünvanında yaşamadıqları məlum olmuşdur. DMX-nın Şəki RMİ əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşlarından bu barədə izahatlar alınmış və həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq protokol tərtib edilmişdir. Şəxslər barəsində xx.xx.2023-cü il tarixində Şəki RMİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və şəxslər onlar barəsində təyin edilmiş cərimələri ödəmişlər. Həmçinin onları qəbul edən Azərbaycan Respublikası vətəndaşı X9 barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq protokol tərtib edilmişdir. Şəxsə xx.xx.2023-cü il tarixində barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixində MN ******* nömrəli protokol və bu protokola uyğun olaraq işə baxılmanın yeri və vaxtı barədə məlumat vermək məqsədi ilə "İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında Qərardad" verərək xx.xx.2023-cü il tarixə, saat 11:00-a vaxt təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə uyğun şəxsə inzibati xəta haqqında iş üzrə Qərardad "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli xx.xx.2023-cü il tarixində 3-37/2-26363- 26/2023 nömrəli məktubla şəxsin ünvanına göndərilmişdir. X13 İdarəsi tərəfindən göndərilmiş poçt mətubunu xx.xx.2023-cü il tarixində şəxsin özü tərəfindən imzalayaraq qəbul etməsinə baxmayaraq xx.xx.2023-cü il tarixində İnzibati xəta haqqında işə baxılmasında iştirak etməmişdir (şəxslə dəfələrlə mobil telefon əlaqəsi saxlanılmışdır). Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsi tərəfindən şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və həmin qərarın surəti, həmçinin ödəniş rekvizitlərinə dair məlumatlar xx.xx.2023-cü il tarixli 3-37/2-27165- 26/2023 nömrəli məktubla şəxsin ünvanına sifarişli poçt ilə göndərilmişdir. Göndərilmiş məktub şəxsin özü tərəfindən imzalanaraq xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Beləliklə, Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin inspektoru X12 tərəfindən X9 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı Qəbələ rayonu 09 oktyabr 2023-cü il tarixdən Nəbiyev Müsavərin 2nəfər əcnəbi vətəndaşı Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarmayaraq inzibati xəta törətməsi müəyyən olunmuşdur. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X6 tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Nəbiyev Müsavərin 2 nəfər əcnəbi vətəndaşı (Ümit Yılmaz və Selim Vırdil) Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarmayaraq inzibati xəta törətdiyi müəyyən edildiyindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit və Virdil Selim oğlu tərəfindən verilmiş izahatlardan görünür ki, sonuncular izahatlarında xx.xx.2023-cü il tarixdə Azərbaycana gəldiklərini, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməklərinə baxmayaraq, Nic qəsəbəsində yaşadıqlarını, qeydiyyatda olduqları Kötüklü kəndində heç yaşamadıqlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, **********qeydiyyat nömrəli (reyestr nömrəsi **********42-06301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X5 adına 138.20 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.40 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Kötüklü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-54/2- 133/2023 nömrəli arayışdan görünür ki, X3 məxsus Qəbələ rayonu Kötüklü kəndində özünəməxsus yaşayış evi vardır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X9 xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit (pasport nömrəsi A24K50682)) və Virdil Selim (pasport nömrəsi A********) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə uyğun Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətlərə əsasən Yılmaz Umit və X16 Nəbiyevin arvadına məxsus Qəbələ rayonu Kötüklü kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmışlar. DMX tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edibetməməsini araşdıran zaman yuxarıda adları qeyd olunan Türkiyə Respublikası vətəndaşlarını yaşadığı ünvana olduğu yer üzrə qeydiyyata alan X5 qeydiyyata aldığı Qəbələ rayonu, Kötüklü kəndi-ünvanında yaşamadıqları məlum olmuşdur. DMX-nın Şəki RMİ əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit və Virdil Selim oğlundan bu barədə izahatlar alınmış və sonuncular izahatlarında xx.xx.2023-cü il tarixdə Azərbaycana gəldiklərini, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməklərinə baxmayaraq, Nic qəsəbəsində yaşadıqlarını, qeydiyyatda olduqları Kötüklü kəndində heç yaşamadıqlarını bildirmişlər. Həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq Yılmaz Umit və Virdil Selim barəsində protokol tərtib edilmiş, onlar barəsində xx.xx.2023-cü il tarixində Şəki RMİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Yılmaz Umit və Virdil Selim barələrində təyin edilmiş cərimələri ödəmişlər. Həmçinin Azərbaycan Respublikası vətəndaşı X9 barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X6 tənbeh vermə haqqında MN ******* nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarınə əsasən Nəbiyev Müsavərin 2 nəfər əcnəbi vətəndaşı (Ümit Yılmaz və Selim Vırdil) Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarmayaraq inzibati xəta törətdiyi müəyyən edildiyindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin əməkdaşları tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edib-etməməsini araşdıran zaman yuxarıda adları qeyd olunan Türkiyə Respublikası vətəndaşlarını yaşadığı ünvana olduğu yer üzrə qeydiyyata alan X5 qeydiyyata aldığı Qəbələ rayonu, Kötüklü kəndi ünvanında yaşamadıqları məlum olmuş, nəticədə törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, X9 2 nəfər əcnəbi vətəndaşı (Ümit Yılmaz və Selim Vırdil) Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarmayaraq inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayətçi şikayətində Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsinin tələbləri baxımından 5 gün müddətin göznəlilmədiyini qeyd etsə də, Yılmaz Umit və Virdil Selimin izahatlarından sonuncuların xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməklərinə baxmayaraq, Nic qəsəbəsində yaşadıqlarını, qeydiyyatda olduqları Kötüklü kəndində heç yaşamadıqları məlum olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçinin həmin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində göstərilir ki, Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. İş materialları ilə müəyyən olunur ki, Yılmaz Umit və Virdil Selimin qeydiyyatda alındığı Qəbələ rayonu Kötüklü kəndində yerləşən mənzil X3, lakin faktiki yaşadıqları Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mehmanxana X7 məxsusdur. Bundan əlavə məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerlərin dairəsində mehmanxana və mənzil ayrı-ayrı olaraq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin əməkdaşları X5 Azərbaycan Respublikası İXM-nin 577-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X9 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X4 inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X13 İdarəsinin rəis müavini X4 inzibati tənbeh verilməsinə dair MN №0524419 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-598/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-598/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver