Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-599/2023 20.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə 00100-02738/23 nömrəli 25 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü materialı baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibait xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ rayonu, Qəbələ səhəri, Heydər Əliyev pr. ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən **********1476 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq malların geriyə qaytarılması və va digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********1476 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək Şəxs MMC tərəfindən gömrük anbarı xüusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı və va müddətin uzadılması ilə bağlı müraciət edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu, Qəbələ səhəri, Heydər Əliyev pr.ünvanında qeydiyyatda olan Şəxs MMC **********1476 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək gömrük anbarı xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti basa çatanadək, müddətin uzadılması ilə bağlı müraciət etməmiş və va digər gömrük proseduru altında yerləşdirmə üçün tam olaraq bəyan etməmişdir, lakin **********1476 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək gömrük anbarı xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləsdirilərək **********3451 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********3337 sorğu nömrəli xx.xx.2022-ci tarixli, **********7592 sorğu nömrəli xx.xx.2023-cü il tarixli, **********7017 sorğu nömrəli xx.xx.2023-cü il tarixli, **********9285 sorğu nömrəli xx.xx.2023-cü il tarixli və **********1518 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə bəyan olunmuşdur. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə 00100-02738/23 nömrəli 25 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-599/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-599/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver