Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-6/2023 05.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, şikayətçi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarından X3 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və 4000 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə aşağıdakı səbəbdən razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Qəbələ rayon Polis şöbəsinin əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsas götürülmüş, 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar icra edilməsi üçün ona göndərilmişdir. Hesab edir ki, araşdırma düzgün aparılmamış və nəticədə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin diqqətinə çatdırır ki, Qəbələ şəhərində sahibkar kimi fəaliyyət göstərir və “Sərvan” kafesini icarə əsasında işlədir. Bildirir ki, X8 əvvəllərdə işlətdiyim “Sərvan” kafesində ofisiant kimi işləmişdir və onunla əmək müqaviləsi bağlamışdı. Lakin sonradan aldığı əmək haqqı ona sərf etmədiyindən Bakı şəhərinə getmişdir. O, isə Qəbələ rayonunda ofisiant tapmaqda çətinlik çəkirdi. Belə olub yenidən Zeynəb Qubuşova ilə əlaqə saxladı və ona kafedə işləməyi təklif etdi. Zeynəb Qubuşova isə ona bildirdi ki, ilk əvvəl kafeyə gələcək və kafedə iş şəraiti ilə tanış olacaq, əgər müştərilər çox gələrsə və iş şəraiti ona sərf edərsə həmin kafedə işləyəcəkdir. Belə olub X15 rayonuna gəldi və altınci gündən iş şəraiti ilə tanış olmağa başladı. O isə həm altı-bazar olduğundan, həm də Zeynəb Qubuşovanın işləmək barədə fikri dəqiq olmadığından onunla əmək müqaviləsi bağlamadı. X18 həmin günlərdə heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. O, 1-ci gün axsam, yəni xx.xx.2022-ci il tarixdə işləyibişləməyəcəyi barədə qərar verəsi idi. xx.xx.2022-ci il tarixdə Zeynəb ilə kafedə oturub çay içən zaman polis əməkdaşları qəflətən içəri əllərində telefonlarla daxil oldular və ondna “Qəbələ rayon Polis şöbəsinin X4 rəisinin onunla danışmaq istədiyini bildirərək telefonu ona uzatdılar və p, həmin rəislə danışdı. Həmin rəis isə kafedə qız ofisiant işlətməməyini bildirdi. O isə hələki heç kimin işləmədiyini bildirdi. Daha sonra yenidən xeyli sayda polis əməkdaşları içəri daxil oldular. Onu və Zeynəb Qubuşovanı polis şöbəsinə dəvət etdilər və onlar Polis şöbəsində izahat verdi. Daha sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən onu çağırdılar. Onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edəcəklərini və 4000 manat cərimə edəcəklərini bildirdilər. O isə özünü həmin maddə ilə təqsirli bilmədiyini göstərərək, protokola imza atmaqdan imtina etdi. Həmçinin barəsində heç bir araşdırma aparmadan necə onu təqsirli bildiklərini soruşdu. Onlar isə cavabdında polis şöbəsindən gələn materiallar olduğuna görə cərimə etməyə məcbur olduqlarını bildirdilər. O, bunun haqsızlıq olduğunu bildirdi və protokola imza etməkdən imtina etdi. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 09 dekabr 2022-ci il tarixli, MB ******* nömrəli qərarı mənim ünvanına gəldi. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi heç bir araşdırma aparmadan, heç bir sübut olmadan barəsində 4000 manat cərimə olunmağına dair qərar qəbul etmişdir. Polis əməkdaşlarının kafeyə girən zaman cafedə olan videomüşahidə kamerası ilə çəkilmiş və həmin görüntüləri şikayətə əlavə etmişdir. Həmin görüntündən də göründüyü kimi polis əməkdaşları içəri daxil olan zaman, o, və Zeynəb Qubuşova oturub söhbət edirdi. X5 orada əmək fəaliiyətinə cəlb edilərək işləməsi, kafedə olan müştərilərə ofisiant kimi xidmət etməsi sübut olunmur. Bu göstərdiklərini Zeynəb Qubuşova özü də məhkəməyə gələrək təsdiq edə bilər. Əgər onun əmək müqaviləsi bağlamamaq kimi niyyəti olsaydı, bir il əvvəl də Zeynəb Qubuşova ilə əmək müqaviləsi bağlamazdı. Eyni zamanda Zeynəb Qubuşova kafedə işləməyərək kafenin şərtləri ilə razı olmamış və Qəbələ rayonundan getmişdir. Daha sonra X10 ilə əmək müqaviləsi bağlamışdır. X20 da kafedə çox işləməmiş və beləliklə onunla əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi kafedə işləyənlərin işdən tez-tez çıxma halları, işi bəyənənməmək kimi hallan mövcud olur. Bu səbəbdən işləmək işçinin iş şəraiti ilə tanış olması, iş şəraiti onu qane etdiyi halda əmək müqaviləsi bağlanması daha düzgündür ki, o da belə etmişdi. X16 heç bir əmək fəaliyyətinə cəlb etməmişdir. Bu hallar isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən araşdırılmamış və nəticədə hüquqları kəskin şəkildə pozulmuşdur. Həmçinin Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)- 399/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bu yaxınlarda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 1000 (bir min) manat cərimə edilmişdir. Həmin kafeyə baxılsa müəyyən olunar ki, həmin kafedə aylıq icarə haqqı, o cümlədən ofisianta ödənilən əmək haqqı çıxdıqdan sonra ona qalan gəlir ümumiyyətlə 500 manat etmir. Özü evlidir və himayəsində 2 azyaşlı uşağı var. Həmçinin himayəsində yaşlı anası və atası vardır. Uşaqları, o cümlədən atası və anası daimi müalicə olunurlar. Onlara həkim tərəfindən yazılan reseptləri almaqda çətinlik çəkir və ümumiyyətlə ala bilmir. Bir sahhibkar kimi ona qərəzli mövqe aparırlar və məqsədləri onu müflis etməkdən, uşaqlarını, atasını, anasını ac qoymaqdan ibarətdir. Artıq məqsədlərinə nail olublar. Beləliklə, göründüyü kimi İXM-nin 192.1 -ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan hərəkətlərin hər hansı biri baş verməmiş, onun tərəfindən qeyd olunan hərəkətlər törətməmişdir. X7 ifadəsi alınarsa, onun İXM 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməllərin edilməməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Mənim isə təqsirli olmağım sübuta yetirilməmişdir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X6 barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında araşdırma aparılıb. Məlum olub ki, “Sərvan” kafesinin sahibi X6 tərəfindən işçı X8 ilə əmək müqaviləsi bağlamadan işə cəlb edilmişlər. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X1 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan halla bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X14 tərəfindən MN № ******* nömrəli 09 dekabr 2022-ci il tarixli qərar qəbul edilmiş və X6 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında bildirmişdir ki, o əvvəllər “Sərvan” kafesində ofisiant kimi işləmişdir və onunla əmək müqaviləsi bağlanmışdır. Lakin sonradan aldığı əmək haqqı ona sərf etmədiyindən Bakı şəhərinə getmişdir. Bir müddət sonra X6 yenidən onunla əlaqə saxladı və ona kafedə işləməyi təklif etdi. O, isə bildirdi ki, ilk əvvəl kafeyə gələcək və kafedə iş şəraiti ilə tanış olacaq, əgər müştərilər çox gələrsə və iş şəraiti ona sərf edərsə həmin kafedə işləyəcəkdir. Bu səbəbdən həmin kafeyə sadəcə işlə tanış olmağa gəldi. Həmi gün heç bir xidmət göstərməmişdir. Onlar oturub söhbət edərkən polis əməkdaşları daxil oldu və onu şöbəyə dəvət etdilər, daha sonra isə İXM-nin 563.1-ci maddəsi ilə təqsirli bilinib 30 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 şəhərində yerləşən “Sərvan” adlı kafedə sahibkar X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X14 “Sərvan” adlı kafenin sahibi X6 barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X3 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, işçi X8 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməklə Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-6/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-6/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver