Məhkəmə qərarları › İş №3(025)-600/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-600/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-600/2023 24.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxx 1984-cü il tarixdə Qəbələ rayonu Cığatelli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Cığatelli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 30 oktyabr 2023-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X13 tərəfindən 02 noyabr 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 10:12 radələrində idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri "Kanat" əyləncə mərkəzinin qarşısındakı ikinci dərəcəli yoldan baş yola Heydər Əliyev prospektinə daxil olan zaman "Kəhran" adlı restoranın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürrücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, həmin vaxtı baş yolla üzü Qəbələ rayonunun Laza kəndi istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, özünə məxsus idarə Vaz 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı yoluna çıxaraq hər iki avtomobil toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvuran bədən xəsarəti, eləcə də Fariz Qasımovun idarə etdiyi avtomobildə sərnişin qismində olan X4 X6 və X7 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AČİR zərər vuran bədən xəsarətləri yetirməsinə, həmçinində Fariz Qasımova məxsus Vaz 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olmuşvə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X13 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞnin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X12 tərəfindən araşdırılma aparılmış, Şəxs barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin qeyd hissəsinin 2-ci hissəsinə əsasən xitam verilmiş, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nəverilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qəbalə rayonunun Cığatelli kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Qəbələ şəhəri "Kafe Parkda" mexanizator işləyir. İş yeri Qəbələ şəhər "Kanat" əyləncə mərkəzinin qarşısında yerləşir. xx.xx.2023-cü il tarixdə saal 09 radələrində özünə məxsus idarə etdiyi Vaz 2106 minik markalı ** BB *** dövlət nömrə nişanlı avtomobillə iş yerinə gəlmişdir. İş yerinə gəldikdən sonra müdriyyəti ona Qəbələ şəhərində keçirilən musiqi festifalı ilə olaqədar həmin günü iş olmadığını bildirmişdir. İş yerində 1 saata kimi vaxt keçirdikdən sonra saat təxminən 10 radələrində işdən çıxıb Qəbələ rayonunun Cığatelli kəndinə evə gəlmək qərarına gəlmişdir. İdarə etdiyi vaz 2106 minik markalı ** BB *** dövlət nömrə nişanlı avtomobillə "Kanat" əyləncə mərkəzi istiqamətdən hərəkət edib, Qəbələ şəhəri istiqamətinə gedirmiş. İdarə etdiyi avtomobildə tək olmuş, özündən başqa kimsə olmamışdır. İdarə etdiyi avtomobil ilə hərəkət edib "Kəhran" istirahət mərkəzinin qarşısına çataraq Heydər Əliyev prospektinə daxil olub Qəbələ şəhəri istiqamətinə hərəkət etmək istəyirmiş. Həmin vaxt Qəbələ rayonunun Laza kəndi istiqamətindən Qəbələ şəhəri istiqamətinə yolun sağ tərəfində körpünün üzərində təxminən 30-40 metr aralıda ağ rəngli sürücüsünü və dövlət nömrə nişanını bilmədiyi Nissan Xtrail və sol tərəfdə üzü Qəbələ şəhəri istiqamətindən Laza kəndi istiqamətinə doğru təxminən 70-80 metr aralıda sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21011 minik markalı ** BL *** dövlət nömrə nisanlı avtomobillərin gəldiyini görmüşdür. Düşünmüş ki, həmin avtomobillər yolun kəsişməsinə çatana kimi yola daxil olub hərəkətini davam etdirər. Buna görə yolun sağ kənarında olan "yol ver" nişanının tələblərinə əməl etməyib avtomobilini saxlamadan hərəkət etdirməklə baş yola daxil olmuşdur. İdarə etdiyi avtomobilin ön sol tərəfi ilə Qəbələ şəhəri istiqamətindən Laza kəndi istiqamətinə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı o, eləcə də digər sürücü Zərərçəkmiş şəxs və sonuncunun idarə etdiyi avtomobildə sərnişin qismində olan adlarını bilmədiyi 3 nəfər şəxslər müxtəlif bədən xəsarətləri aldıqları üçün Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilmişlər. Hadisə vaxtı minik avtomobilini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş, hadisədən öncə spirtli içki və pisxatrop maddə qəbul etməmiş və hadisə zamanı ayıq vəziyyətdə olmuş, hadisədən öncə və hadisə zamanı idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamış, avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hadisədən əvvəl avtomobili saatda təxminən 30-40 km sürətlə idarə etmiş, hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobili yolun soluna tərəf qaçırmaq istəsə də, hadisədən yayına bilməmişdir. Hadisədən öncə digər sürücü Zərərçəkmiş şəxs avtomobili saatda təxminən 90-100 km sürətlə idarə etmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxslər X8, X10 və X11 dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, həmin şəxslər ilə barışıq əldə etmiş, bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qabələ şəhəri 20 yanvar küçəsi ev 2 ünvanında yaşayır və orada pasport qeydiyyatındadır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində özünə məxsus idarə etdiyi Vaz 21011 minik markalı ** BL *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhərinin mərkəzindən Heydər Əliyev prospekti ilə asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 50-60 km sürətlə Qəbələ rayonunun Laza kəndi istiqamətinə hərəkət edirmiş. Həmin vaxtı yolun kənarında 3 nəfər sonradan adları ona məlum olan Kənan Mahmudov, Fuad Mahmudov və Ramil Əhmədov dayanaraq onların yanından keçib gedərkən onlar əl ilə işarə eldikləri üçün avtomobilini saxlamışdır. Onları Soyuqbulaq istirahət mərkəzinə düşürməyini xahiş etmişlər. Buna görə onları idarə etdiyi avtomobilinə mindirmişdir. Onlardan biri ön sağ oturacaqda, digər ikisi isə arxa oturacaqda əyləşmişlər. Hərəkətini davam etdirib Kəhran istirahət mərkəzinin qarşısına çatarkən həmin vaxtı sonradan tanıdığı Şəxs idarə etdiyi sarı rəngli vaz 2106 markalı ** BB *** dövlət nömrə nişanlı minik avtomobili ilə "Kanat" əyləncə mərkəzi istiqamətindən gəlib yol verməli olduğu halda həmin qaydalara eməl etməyib dayanmadan baş yola daxil olub qarşı yoluna çıxmışdır. Nəticədə onun idarə etdiyi avtomobilin ön sağ tərəfi Niyaməddinin idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, eləcə də idarə etdiyi avtomobildə sərnişin qismində olan yuxarıda adları qeyd olunan şəxslər xəsarət aldıqları üçün Qəbələ RMX-na həkimə müraciət etmişlər. Lakin o, xəsarətləri ilə bağlı rəy almamışdır. Həmçinin avtomobilinə dəymiş ziyan bu günə qədər ona ödənilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Qəbələ RPŞ-nin İstintaq bölməsindəŞəxs barəsində toplanmış HK-1/1099 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Araşdırma müddətində X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs ona dəymiş maddi və mənəvi ziyanın tam həcmdə ödənildiyini, onunla barışdığını və Şəxs dair şikayət, iddia və tələbinin olmadığını göstərərək ərizəsinin nəzərə alınaraq araşdırımanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. - Araşdırma müddətində X2 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs ona dəymiş maddi və mənəvi ziyanın tam həcmdə ödənildiyini, onunla barışdığını və Şəxs dair şikayət, iddia və tələbinin olmadığını göstərərək ərizəsinin nəzərə alınaraq araşdırımanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. - Araşdırma müddətində Şəxs da eyni məzmunlu ərizə ilə rayon polis şöbəsinə müraciət edərək X8, X10 və X11 dəymiş maddi və mənəvi ziyanı tam ödəməklə aradan qaldıraraq həmin şəxlər ilə barışdığını, barəsində gedən araşdırmanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. - 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyədək texniki cəhətdən saz vəziyyətdə, sürücüdən başqa avtomobildə 3 nəfər sərnişin olmuş, lakin yük olmamışdır. - 2106 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə sürücüdən başqa avtomobildə sərnişin və yük olmamışdır. - Hər iki sürücünün hadisə vaxtı avtomobil idarə etmə hüququnun olduğu müəyyən edilmişdir. - 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ahməd oğlunun hadisə baş verən anda, yəni 28 iyul 2023-cü il tarixdə ayıq olduğu müəyyən edilmişdir. - 2106 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisə baş verən anda, yəni 28 iyul 2023-cü il tarixdə ayıq olduğu müəyyən edilmişdir. - Aparılan araşdırma zamanı X7 bədəni üzərində xəsarətlərin olub- olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nin PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 384 saylı rəyə əsasən Ramil Əhmədovun bədəni üzərində sağ mil və dirsək sümüklərinin qapalı yerini dəyişən sınığı, alının sağ yuxarı hissəsinin, sol çiyinin ön sathinin və sağ baldırın içəri orta 1/3-nin sıyrığı kimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (esyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xesarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Aparılan araşdırma zamanı X4 bədəni üzərində xəsarətlərin olub- olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nin PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 462 saylı rəyə əsasən Kənan Mahmudovun bədəni üzərində sağ mil və dirsək sümüklərinin qapalı yerini dəyişən sınığı, alının sol qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yaraları və sol diz oynağının ön səthinin sıyrığı kimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Aparılan araşdırma zamanı X6 bədəni üzərində xəsarətlərin olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nin PB-in Qəbələ srayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 463 saylı rəyə əsasən Fuad Mahmudovun bədəni üzərində sağ ayaq barmaqlarının vətərlərinin zədələnməsi, ayağın üst səthinin geniş formada toxuma defekti ilə müşayət olunan və ikincili sağalma ilə gedən əzilmiş-cırılmış yarası, sağ diz oynağının ön səthinin sıyrığı moykimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol islxnəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin olubolmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nın PBin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 377 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ diz oynağının əzilməsi, beyin silkələnməsi, başın sağ gicgah nahiyyəsinin, sağ qaşın bayır tərəfinin, alının sağ yuxarı hissəsinin, sol əlin 4-cü 5-ci barmaqlarının üst səthinin, sağ bazunun bayır tərəfinin sıyrıqları və sağ saidin bayır aşağı 1/3nin qançırı kimi xəsarətləri vardır ki, həmin xəsarətlə küt alətin (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Aparılan araşdırma zamanı Şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 377 saylı rəyə əsasən Şəxs bədəni üzərində başın sağ təpə-ənsə, sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ diz oynağının ön səthinin və sağ baldırın arxa aşağı 1/3-nin sıyrığı kimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Materiala əlavə edilmiş Məhkəmə yol nəqliyyat ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 8/2498 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Vaz 2106 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, ibdtidai istintaq zamanı zərərçəkmiş şəxslər X4, X6 və X9 istintaqa ərizələr verərək Şəxs heç bir şikayət və tələblərinin olmamasını və onlarla barışıq əldə etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 10:12 radələrində idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri "Kanat" əyləncə mərkəzinin qarşısındakı ikinci dərəcəli yoldan baş yola Heydər Əliyev prospektinə daxil olan zaman "Kəhran" adlı restoranın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürrücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, həmin vaxtı baş yolla üzü Qəbələ rayonunun Laza kəndi istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, özünə məxsus idarə Vaz 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı yoluna çıxaraq hər iki avtomobil toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvuran bədən xəsarəti, eləcə də Fariz Qasımovun idarə etdiyi avtomobildə sərnişin qismində olan X4 X6 və X7 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AČİR zərər vuran bədən xəsarətləri yetirməsinə, həmçinində Fariz Qasımova məxsus Vaz 21011 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olmuşdur. Şəxs barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin qeyd hissəsinin 2-ci hissəsinə əsasən xitam verilmiş, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir.Bununla da Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar