Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-601/2023 27.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nın polis serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Ağdam rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:57 radələrində özünə məxsus NAZ LİFAN minik markalı, 02BM636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman avtomobilin dövlət qeydiyyat nişanının görünüşü çətinləşdiyindən Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Qəbələ rayon Yol patrul xidməti inspektoru polis serjantı X1 Rasim Azad oğlunun Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nın polis serjantı X4 izahatında göstərmişdir ki, xx.xx.2023cü il tarixdə sürücü Şəxs özünə məxsus NAZ LİFAN markalı, 02BM636 dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət qeydiyyat nişanına müdaxilə edərək 02PN636 kimi dəyişmişdir. Yoxlama zamanı sürücünün sürücülük vəsiqəsinin olmadığı askar edilmişdir. Daha sonra avtomobili cərimə meydançasına qoyaraq, protokol tərtib edilmiş, avtomobilin qeydiyyat nişanı çıxarılaraq özünə təqdim edilmiş, nömrədəki nöqsanlar aradan qaldırılmış və avtomobil özünə təhvil verilmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, avtomobilin qeydiyyat nişanına özü dəyişiklik etməmiş, avtomobilin qeydiyyat nişanı əvvəlcədən bi vəziyyətdə olmuşdur. Buna baxmayaraq avtomobili həmin vəziyyətdə idarə etmiş, ayın 22-si radara düşmüş və ayın 3-ü ona radarla bağlı məktub gəlmişdir. Sonda isə, məhkəmədən daha yüngül inzibati tənbehin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ rayon Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Naz Lifan markalı avtomobilin ** BM *** dövlət qeydiyyat nişanında dəyişiklik olaraq, ** PN *** kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-601/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-601/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver