Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-602/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1984-cü il noyabrın 03-də Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 noyabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 12.11.2021-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış həyətində həyat yoldaşı, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fiziki ağrı yetirmiş, döymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 göstərdi ki, Şəxs 12.11.2021-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış həyətində həyat yoldaşı, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fiziki ağrı yetirmiş, döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 08.11.2021-ci il tarixdə axşam saatlarında evə araq alaraq gəlmiş, həmin arağı evdə tək içmiş, atası Seydalı onun ilə mübahisə etməyə başlamışdır. Atası ilə mübahisə dayandıqdan sonra yoldaşı ilə o, digər otağa keçmişdir. Yoldaşı ilə aralarında onu həkimə aparmaq üstündə mübahisə düşmüşdür. Tünzaləni nalayiq ifadələr işlədərək təhqir etmiş, onun üz nahiyyəsindən bir dəfə sillə ilə vurmuşdur. Səhəri gün Tünzaləni vurduğuna görə peşman olmuşdur. Hal-hazırda da etdiyi hərəkətə görə peşmandır və buna görə Tünzalədən üzr istəyir. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi hərəkətə görə peşman olmasını, həyat yoldaşından dəfələrlə üzr istəyərək bağışlanmasının xahiş etməsinin nəzərə alınmasını və daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır və 2018-ci il tarixdən evlidirlər. Əri çox vaxt evə sərxoş vəziyyətdə gəlir və onunla mütəmadi olaraq mübahisə edir. Onu əvvəllərdə döymüş, lakin şikayət etməmişdir. 08.11.2021-ci il tarixdə Şirvan evdə qaynatası Seydalı ilə mübahisə etmiş, daha sonra isə onunla səbəbsiz yerə münahisə etməyə başlamışdır. Bu zaman onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra isə hər iki üz nahiyyəsinə bir neçə dəfə sillə ilə zərbə vurmuşdur. Onun əlindən çıxaraq qayınatasının yanına getmiş, o, Şirvanı danlamış, lakin heç bir nəticəsi olmamışdır. Şirvan yenidən onun üzərinə hücum edərək sillə ilə əllərinə, qollarına, ayaqları ilə böyrünə və bədəninin müxtəlif yerlərinə zərbə vurmuşdur. Bundan sonrakı günlərdə də əri Şirvan spirtli içki qəbul edərək onu döymüşdür. Hal-hazırda məhkəmə barışıq ərizəsi təqdim etməsə də, əri Şirvanı bağışlamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 15.11.2021-ci il tarixli 572 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın ön orta təpə-alın nahiyyəsinin sıyrığı, üzün sol və sağ tərəfinin, sol bazunun bayır orta, ön yuxarı 1/3-nin, qeyri müəyyən formada bel hissənin isə zolaq formasında qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Başın orta alın-təpə nahiyyəsinin sıyrığı müayinədən, yəni 08 noyabr 2021-ci ildən 1-2 (bir-iki) gün, üzün sol və sağ tərəfinin, sol bazunun bayır orta və ön yuxarı 1/3-nin qançırlları isə müayinədən, yəni 08 noyabr 2021-ci ildən 406 (dörd-altı) gün əvvəl törənə bilərlər. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1471 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-602/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-602/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver