Məhkəmə qərarları › İş №3(025)-602/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-602/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-602/2023 28.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı X6 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 26/8, mənzil 24-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində lazımi icazə olmadan 1 (bir) ədəd sığırçın quşunu qanunsuz olaraq ovlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 07 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X12 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində lazımi icazə almadan 1 (bir) ədəd qaratoyuq cinsinə aid olan heyvan ovlamağı müəyyən olunmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə 14:00 radələrində Sumqayıt şəhərindən dostu X7 məxsus **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mitsibushi Pajero” markalı avtomobillə digər dostları X4 və X9 ilə birlikdə Qəbələ rayonu ərazisinə Nic qəsəbəsində dostları olan X5 görüşmək üçün gəlmişdilər. Qəbələ rayonu Nic qəsəbəsində olarkən Rudolfa məxsus **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ-2121 markalı avtomobillə gəzmək məqsədilə kənd ərazisindəki fındıq bağlarına getmişdilər. X2 başqa orada olan o, Mətləb, Vüsal və Rudolfun xüsusi icazə əsasında əldə etdikləri mülki ov silahları olmuşdur. Onlar kənd ərazisində yol kənarında yerləşən şəxsi mülkiyyətdə olan bağ sahələrində gəzmək və istirahət etmək məqsədilə getmişdilər. Onun üzərində ona məxsus 1346 nömrəli şəhadətnamə əsasında eldə etdiyi və saxladığı xx.xx.2015-ci il tarixdə əldə etdiyi, 12 kaiibrli, “Churchill” markalı, 15107767 nömrəli mülki ov silahıda olmuşdur. Silahı ov etmək məqsədilə gətirmişdir. Orada olarkən bir-birilərindən ayrı bağları gəzirdilər. Bağda qarşısına çıxan 1 (bir) ədəd sığırçın quşuna atəş açmışdır. Açdığı atəş quşa dəymiş və quşu ovlamışdır. Orada olarkən silahdan 1 (dəfə) atəş açmışdır. Ondan sonra atəş açmamış və hər hansı digər heyvan və ya quş ovlamamışdır. Daha sonra avtomobilin yanına toplaşdıqda polis əməkdaşları gəlmiş və onlardan ov etmək üçün müvafiq sənədlərinin olub-olmadığını soruşmuşdular. Onlara sənədlərin olmadığını bildirdikdə onları araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişdilər. Onlar etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdilər. Etdiyi əməldən peşimandır, sonda isə ov hüququnun məhdudlaşdırılması ilə əlaqədar tənbehin tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis rəisi, polis leytenantı X14 tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində bağ sahələrində bir neçə nəfər şəxsin ov etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında YYÇPİTQ-nın inspektoru, polis leytenantı Sübhan Zamanlı ilə birlikdə dərhal həmin əraziyə getmişlər. Bir qədər sonra həmin ərazidə 1 ədəd minik avtomobilinin və 5 nəfər şəxsin olmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan müvafiq sənədləri təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişlər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onlara sonradan məlum olan X8, X10, X4, X11 və Şəxs, onlarda olan 4 ədəd mülki ov tüfəngi, həmin tüfənglərə aid sursatlar, Niva markalı **-VY-*** dövlət nömrə nişanlı avtomobil, 2 ədəd ov iti və 1 ədəd ovlanmış qaratoyuq cinsinə məxsus çöl quşunu rayon polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “qanunsuz ov zamanı istifadə edilmiş ov silahı, ovlanmış bir ədəd sığırçın quşunun götürülməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində yerləşən fındıq bağlarında qanunsuz sığırçın quşu ovu edərkən istifadə etdiyi 1 (bir) ədəd 1346 nömrəli şəhadətnamə əsasında əldə etdiyi ve saxladığı, xx.xx.2015-ci il tarixdə əldə etdiyi, 12 kalibrli, “Churchill” markalı, 15107767 nömrəli mülki ov silahı, 15 (on beş) ədəd 12 kalibrli, BORNAGHİ İTALY marakiı, 24 (iyirmi dörd) ədəd 12 kalibrli, MEGA markalı, ümumilikdə 39 (otuz doqquz) ədəd patronlar, 1 (bir) ədəd sığırçın quşu saxlanılması üçün Qəbələ rayon polis şöbəsinin Növbətçi Hissəsinin məsul növbətçi əvəzi, polis mayoru X1 təhvil verilmişdir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “mülki ov silahının, 1 (bir) ədəd sığırçın quşunun, istifadə olunmamış 15 (on beş) ədəd 12 kalibrli, BORNAGHİ İTALY markalı, 24 (iyirmi dörd) ədəd 12 kalibrli, MEGA markalı, ümümilikdə 39 (otuz doqquz) əəd patronların götürülməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində yerləşən fındıq bağlarında qanunsuz sığırçın quşu ovu edərkən istifadə etdiyi 1 (bir) ədəd 1346 nömrəli şəhadətnamə əsasında əldə etdiyi ve saxladığı, xx.xx.2015-ci il tarixdə əldə etdiyi, 12 kalibrli, “Churchill” markalı, 15107767 nömrəli mülki ov silahı, 15 (on beş) ədəd 12 kalibrli, BORNAGHİ İTALY marakiı, 24 (iyirmi dörd) ədəd 12 kalibrli, MEGA marakiı, ümumilikdə 39 (otuz doqquz) ədəd patronlar, 1 (bir) ədəd sığırçın quşu tərəfindən Şəxs götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 25 sentyabr 2015-ci il tarixdə verilmiş 1346 nömrəli Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Churchill” markalı, 15107767 nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 0321 nömrəli “Ovçuluq Bileti”nin surətindən görünür ki, Şəxs verilmiş ovçuluq biletinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə qədərdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 07 noyabr 2023-cü il tarixli, 3-14-45/2-716/2023 nömrəli məktubunun surətindən görünür ki, sərçəkimilər fəsiləsinə məxsus 1 (bir) baş sığırçın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 5 (beş) manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, öz xahişini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) ədəd 12 kalibrli, “Churchill” markalı, 15107767 nömrəli mülki ov silahı, 15 (on beş) ədəd 12 kalibrli, BORNAGHİ İTALY markalı və 24 (iyirmi dörd) ədəd 12 kalibrli, MEGA markalı patronlar müsadirə edilməklə, 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar