Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-603/2023 28.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis leytenantı X2 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuş, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs özünə məxsus 1 (bir) ədəd 12 kalibrli “Ata-arms” markalı, 16/D12845 nömrəli mülki ov silahının daşınması qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 04 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 göstərdi ki, Şəxs özünə məxsus 1 (bir) ədəd 12 kalibrli “Ataarms” markalı, 16/D12845 nömrəli mülki ov silahının daşınması qaydalarını pozmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı şəhərindən ona məxsus olan Mitsubishi **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları X3, X5 və X1 ilə birlikdə günorta vaxtı Qəbələ rayonu Nic qəsəbəsinə gəlmişdilər. Həmin kənd sakini Radik adlı şəxslə görüşərək ona məxsus **-VY-*** dövlət qeyddiyyat nişanlı avtomobillə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən bağ sahələrinə gəlmişdilər. Günorta saat 14:00 radəiərində yemək yedikdən sonra onların özlərinə məxsus mülki ov silahları ilə ov etmək istəyirdilər. Onlar oraya çatdıqdan sonra hər kəs maşından düşərək orada olanların hər biri özlərinə məxsus mülki silahlarını götürmüşdülər. Öz silahını 15 sentyabr 2017-ci il tarixində öz adına sənədləşdirmişdir. Üzərində olan 27 ədəd patronu Sumqayıt şəhəri ovçular mağazasından əldə etmişdir. Onlar ərazini gəzməyə başlamışdılar. Ona məxsus 12 kalibrli Ata-arms markalı 16/D12845 nömrəli ov silahı ilə heç bir atəş açmamışdır. Onun yanında Radik adlı şəxs 2 dəfə atəş açmışdır. Özünə məxsus ov silahını götürmüş və patronla dolduraraq hazır vəziyyətə gətirmişdir. Silahda 1 (bir) ədəd hazır patron olmuşdur. Həmin silahı oraya özü ilə getdiyi Qəbələ rayonu Nic qəsəbə sakini Radik adlı şəxsin avtomobilində yük yerində gətirmişdir. Onlar orada 14:00 radələrinədək olmuşdular. Onunla ova gedən ovçu yoldaşı X3 özünə məxsus ov silahı ilə 1 (bir) ədəd sığırçın ovlamışdır. Orada olduqları müddətdə nə qədər axtarsalarda ovlanılacak heyvan tapmamışdılar. Onlar əraziyə səpələnərək ayrı-ayrılıqda hərəkət edirdilər. Silahı patronla dolu vəziyyətdə olmuşdur. Silahı üzərində olan vaxt polis əməkdaşları onları aşkarlamışdır. Polis əməkdaşları onlara araşdırma aparılması məqsədilə onları polis şöbəsinə dəvət etmişdilər, onlar etiraz etmədən onlarla şöbəyə gəlmişdilər. Sonda isə məhkəmədən silahının müsadirə edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 04 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis rəisi, polis leytenantı X7 tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində bağ sahələrində bir neçə nəfər şəxsin ov etməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında YYÇPİTQ-nın inspektoru, polis leytenantı Sübhan Zamanlı ilə birlikdə dərhal həmin əraziyə getmişlər. Bir qədər sonra həmin ərazidə 1 ədəd minik avtomobilinin və 5 nəfər şəxsin olmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlardan müvafiq sənədləri təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər bütün zəruri sənədləri təqdim etməmişlər. Buna görə də araşdırma zərurəti yarandığı üçün adları onlara sonradan məlum olan X4, Şəxs, X1, X5 və X3, onlarda olan 4 ədəd mülki ov tüfəngi, həmin tüfənglərə aid sursatlar, Niva markalı **-VY-*** dövlət nömrə nişanlı avtomobil, 2 ədəd ov iti və 1 ədəd ovlanmış qaratoyuq cinsinə məxsus çöl quşunu rayon polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “Mülki ov silahının və ov alətlərinin təhvil götürülməsi və növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs götürülmüş 1 (bir) ədəd 12 kalibrli “Ata-arms” markalı 16/D12845 nömrəli mülki ov silahı və 27 (iyirmi yeddi) ədəd patron növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 1203 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli “At-arms” markalı, 16/D12845 nömrəli mülki ov silahı Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 1379 nömrəli “Ovçuluq Bileti”nin surətindən görünür ki, Şəxs verilmiş ovçuluq biletinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə qədərdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd 12 kalibrli “Ata-arms” markalı 16/D12845 nömrəli mülki ov silahı və 27 (iyirmi yeddi) ədəd patron müsadirə edilməklə, barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-603/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-603/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver