Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-606/2021 03.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki Regional Ərazi İdarəsinin 29 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki Regional Ərazi İdarəsinin 29 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətlə məhkəməyə müraciət edib bu qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini, habelə şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, X2 şikayət vermə müddətini üzüriü səbəbdən buraxmışdır. Belə ki, onun barəsində AR CM-nin 314.2-ci maddəsilə ittiham elan olunmuş və 12.03.2020-ci il tarixdən barəsində həbs qətimkan tədbiri şeçilmişdir. 20.05.2021-ci il tarixdə səhhətində yaranmış ciddi problemlərlə bağlı müdafiəçinin vəsatəti əsasında barəsində seçilmiş həbs qətimkan tədbiri ev düstaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və gündəlik hərəkətinə məhdudiyyət qoyulmuşdur. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizədə göstərilən hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki Regional Ərazi İdarəsinin sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki Regional Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 29 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan və onun nəticəsindən artıq həmin ilin fevral ayında xəbərdar olmuş, lakin bu qərardan məhkəməyə yalnız 03.12.2021-ci il tarixdə şikayət verilmişdir. Bu hal özü də hazırkı şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Belə ki, bu halda müddətin ötürülməsi şikayətçindən asılı olan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki Regional Ərazi İdarəsinin 29 yanvar 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-606/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-606/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver