Məhkəmə qərarları › İş №3(025)-607/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-607/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-607/2021 14.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti tərəfindən 30 noyabr 2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 30.11.2021-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində özünə məxsus atı asfalt örtüklü beton yolda nəzarətsiz buraxmış və nəticədə “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, 30.11.2021-ci il tarixdə 18:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun təxminən 55-ci kilometrliyində Qəbələ rayonu Vəndam qəsəbəsindən Qəbələ rayonu istiqamətində olarkən yolun hərəkət hissəsindən qəflətən 1 baş at qaçmış və heyvan qəfil yola çıxdığı üçün o, hadisədən yayına bilməyərək atı vurmuşdur. Hadisə zamanı ona heç bir bədən xəsarəti dəymişdir. O, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Onun idarə etdiyi “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Ona dəymiş zərərin ödənilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. - İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2165 manat məbləğində maddi zərər dəymişdir. - İşdə olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, 30.11.2021-ci il tarixdə, saat 18:47-də Alməmmədov soyadlı sürücüdə alkoqol miqdarl 0,00 faiz olmuşdur. - İşdə olan ƏN-Vİ 494037 nömrəli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs sürücülük hüququ olduqda idarə etmək üçün verilmişdir. - İşdə olan AD 253889 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. - İşdə olan AE seriyalı 221541 saylı sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs adına “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə 23.08.2026-ci ildir. - İşdə olan “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, hadisə zamanı “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri olmamış və at onun qarşısına çıxmışdır. - İşdə olan Qəbələ rayon İHB Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 dekabr 2021-ci il tarixli Aktda göstərilmişdir ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs məxsus olan 1 (baş) at 30 noyabr 2021-ci il tarixdə axşam saat təxminən 18:00-da magistral yolun Vəndam qəsəbəsindən keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi Ford markalı yük maşının qarşısına çıxaraq qəza şəraiti yaratmışdır. Qəza nəticəsində avtomobil atı vurmuşdur. Avtomobil qəza nəticəsində əzilmişdir. Atın sahibi hadisə yerinə dəvət olunmuş, atın Şəxs məxsus olduğu aydın olmuşdur. Hadisə zamanı akt tərtib edilmiş, Şəxs aktla tanış olmuş, lakin aktı imzalamaqdan imtina etmişdir. Atın sahibi Şəxs Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə dəvət olunmuş, hadisə zamanı tərtib edilmiş aktla bir daha tanış olmuş, lakin aktı imzalamaqdan imtina etmişdir. Şəxs dəfələrlə Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə dəvət olunmuş, ona məxsus olan atları magistral yola buraxmaması üçün dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iri buynuzlu heyvanı (atı) asvalt-beton örtüklü yolda nəzarətsiz buraxması, nəticədə “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması, nəticədə “FORD TRANSİT” yük markalı, **-NL-*** dövlət qeydiyyat nişanlıavtomobilə olan 2165 (iki min bir yüz altmış beş) manat maddi ziyan dəyməsi, iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in : 338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə; 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- 338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə; Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 80 manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar