Məhkəmə qərarları › İş №3(025)-607/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-607/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-607/2024 15.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantlı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ şəhəri, U.Musabəyov küçəsi ev 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) xx.xx.2024-cü il tarixdə, saat 20-40 radələrində Qəbələ RPŞ-nin inzibati binasında üzərinə baxış zamanı onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükülüdə 1,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, U.Musabəyova küçəsi ev 4-də yaşayır və himayəsində üç nəfər azyaşlı uşağı vardır. Fərdi qaydada sifariş əsasında tapşırılan işləri yerinə yetirməklə qazanc əldə edir və əsəbi olduğu hallarda arabir narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 20-40 radələrində Qəbələ RPŞ-nin inzibati binasında üzərinə baxış zamanı onda aşkar edilən 1,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Qəbələ rayonu Nic kəndi ərazisində çöl sahəsindən yığmış və şəxsi istehlak məqsədilə qurudaraq özündə saxlamışdır. İşdə olan Qəbələ RPŞ TB-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 20-40 radələrində Qəbələ RPŞ-nin inzibati binasında üzərinə baxış zamanı onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükülüdə 1,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunмuş və götürülərək бир ядяд зярфдя габлашдырылmışdır. İşdə olan АR ƏN МEM X7 tərəfindən verilmiş xx.xx.2024-cü il тарихли 17/860 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X1 üzərindən “ İştirakçılar. 1/İmza/ Şəxs....Müdafiəçi 1) /imza/Vəkil...” adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 rqam sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,47 qram olmuşdur. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1817 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmişdir. O narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü Lətifzadə Zaur oğlu adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 noyabr 2024-cü il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qəbələ RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilən 1.47 qr çəkidə narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilsin. Qərarın aid edilən hissədə icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar