Məhkəmə qərarları › İş №3(025)-608/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-608/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-608/2021 14.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri (vəzifəli şəxs) Nümayəndə2 iştirakları ilə “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 02 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-4/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-4/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-dən 922,40 manat borc tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Bu günə kimi borclu tərəfindən ödənilməli olan məbləğdən heç bir ödəniş aparılmamışdır. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icra olunması üçün borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin ünvanına bildiriş göndərilmişdir. Lakin borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 qərar və bildirişlə tanış olmasına baxmayaraq icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafıq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesablarında pul aşkar edilməmişdir. Həmçinin “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 fəaliyyətini dayandırdığını bildirmiş və bu səbəbdən borcunu ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Qeyd edilənlərlə “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin 922,4 manat məbləğində yığılmış aliment borcu vardır. Tələbkar Zərərçəkmiş şəxs MMC isə bütün borcun ödənilməsini tələb edir. Odur ki, inzibati xəta törətmiş vəzifəli şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında bildirdi ki, tələbkara 922,40 manat borcunun olmasını qəbul edir. Lakin rəhbəri “Qalib-2008 X7 Təsərrüfatı” MMC fəaliyyətini dayandırmışdır. Hazırda adına olan ********** nömrəli VÖEN-nin də fəaliyyəti dayandırılmışdır. Rəhbəti olduğu MMC fəaliyyətini davam etdirərsə, borcunu ödməyə etiraz etmir. Lakin halhazırda “Qalib-2008 X7 Təsərrüfatı” MMC fəaliyyətdə olmadığından borcunu ödəyə bilmir. Əgər Zərərçəkmiş şəxs MMC onunla yenidən müqavilə bağlayarsa, işləyib onların borclarını ödəyə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 borclarının ödənilməsini, borcun ödənilmədiyi təqdirdə “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 qanuna müvafiq qaydada inzibati tənbeh edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-4/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-dən 922,40 manat borc tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. - Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun 05.04.2021-ci il tarixli “İcraata başlamaq haqqında” X2 Məhkəməsinin e-2-2(117)-4/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - 05.04.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 05.04.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-yə göndərilmiş və borclu, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, “Qalib- 2008 X7 Təsərrüfatı” MMC-nin hüquqi ünvnı Qəbələ rayonu, Mamaylı kəndi, qanuni təmsilçisi əsədov Nümayəndə2dur. Həmçinin, icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş icra işindən göründüyü kimi, borclu “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafıq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Bununla da, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə borcu ödəməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə iclasında “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 icra sənədlərinin icrasını təmin etmədiyini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Qalib-2008 X7 Təsərrüfatı” MMC-nin rəhbəri Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vəsitəsilə və ya bilavəsitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar