Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-608/2025 20.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X11 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2197348) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən maşın təmiri sexində usta işləyir. Həmin sexin qarşısında Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs onu söydüyünə görə həmin vaxt o da Ceyhunu söymüşdür. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır. Yaşadığı ünvanda həyətinin qarşısında həmin qəsəbə sakini X2 maşın təmiri sexində usta işləyir. Bəxtiyar mütəmadi olaraq müştərilərlə yüksək səslə danışır, təmir edəcəyi maşınları onun həyətinin qarşısında saxlayır. Həmçinin mühərrik ustası olduğu üçün təmir edəcəyi maşınlara yüksək qaz verir və nəticədə bu olanlardan o və ailə üzvləri narahat olur. xx.xx.2025-ci il tarixdə o, həyat yoldaşı Röyalə ilə birlikdə evə gedəndə Röyalə hamilə olduğu üçün “ona gəl uşağı saxla, ayaqqabılarımı çıxarım” demişdir. Həmin vaxt Bəxtiyar və qardaşı İsmayıl lağ-lağı edərək gülüşmüşdürlər. O, onların ona güldüklərini hiss etdiyi üçün nə səbəbə güldüklərini soruşmuşdur. Onlar isə ilkin olaraq ona “sənə gülüşmürük, sən bizi şərləyirsən, imkan vermirsən ki, burda işləyək” demişdirlər. Həmçinin ondan şikayət edəcəklərini demişdirlər. Buna görə də o, DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Hal-hazırda Şəxs ilə barışmışdır. Ona yüngül cəza təyin edilməsinə razıdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü xx.xx.2021-ci il təvəllüdlü X4 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-608/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-608/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver