Məhkəmə qərarları › İş №3(025)-609/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-609/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-609/2024 18.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748946) tərtib olunmuşdur ki, o, 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107,5 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2024 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyərək 5797,5 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107,5 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə ödənişlər edərək cəmi 3060,0 manat ödəmiş və maddi imkanı olmadığından qalan borcunu ödəyə bilməmişdir. O, Qəbələ şəhərində ət satışı mağazasında qəssab işləyərək sifariş əsasında heyvan kəsimi və satışı ilə məşğul olur. Hazırda 18 ədəd heyvan kəsimi və satışını yerinə yetirmək üzrə sifariş almışdır və həmin işin görülməsindən əldə edəcəyi 1800,0 manat hesabına Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2024 saylı icra sənədi üzrə tələbi qismən təmin edəcəkdir. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələbi birdəfəlik ödəmək iqtidarında deyil. Ona görə də, qalıq borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107,5 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödəməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e206567/2023-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, e206567/2023-11-5-008 nömrəli arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra sənədi üzrə borclu Şəxs 8857,5 manat pul vəsaiti ödəməli olduğu 3060 manat tələbkara ödəniş etmiş hal-hazırda heç bir məbləğdə ödəniş edə bilmir. Tələbkara hazırda 5797,5 manat ödənilməmiş borcu qalmaqdadır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi gün) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 dekabr 2024-cü il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar