Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-609/2025 20.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1991-ci il iyulun 12-də Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına 20 noyabr 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis l kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı küçədə ünvanlı-ünvansız söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 20 noyabr 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı küçədə ünvanlı-ünvansız söyüşlər söyərək, ətrafdakı insanların diqqətini özünə cəlb edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolu vaxtında verməməsinə səbəb isə onları tapa bilməməsi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır, yaşadığı ünvanda həyətinin qarşısında həmin qəsəbə sakini X2 maşın təmiri sexində usta işləyir. Bəxtiyar mütəmadi olaraq müştərilərlə yüksək səslə danışır, təmir edəcəyi maşınları onun həyətinin qarşısında saxlayır. Həmçinin mühərrik ustası olduğu üçün təmir edəcəyi maşınlara yüksək qaz verir və nəticədə bu olanlardan o və ailə üzvləri narahat olur. xx.xx.2025-ci il tarixdə o, həyat yoldaşı Röyalə ilə birlikdə evə gedəndə Röyalə hamilə olduğu üçün “ona gəl uşağı saxla, ayaqqabılarımı çıxarım” demişdir. Həmin vaxt Bəxtiyar və qardaşı İsmayıl lağ-lağı edərək gülüşmüşdürlər. O, onların ona güldüklərini hiss etdiyi üçün nə səbəbə güldüklərini soruşmuşdur. Onlar isə ilkin olaraq ona “sənə gülüşmürük, sən bizi şərləyirsən, imkan vermirsən ki, burda işləyək” demişdirlər. Həmçinin ondan şikayət edəcəklərini demişdirlər. Buna görə də o, DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq, Bəxtiyar Qurbanovu söydüyünü, həmin vaxt orada onlardan başqa 2-3 nəfər olduğunu, etdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, himayəsində 1 yaş 1 aylıq uşağının olduğunu, arvadının hazırda hamilə olduğunu bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində azyaşlı uşağının olduğunu alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki,Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən maşın təmiri sexində usta işləyir. Həmin sexin qarşısında Şəxs ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə Şəxs o, iş yerində işlədiyi vaxt onu söymüşdür. Hal-hazırda Şəxs ilə barışmışdır. Ona yüngül cəza təyin edilməsinə razıdır. Zərərçəkmiş şəxs tərəfindən işin məhkəmə araşdırması zamanı təqdim olunmuş ərizədən görünür ki, Şəxs ilə barışmışdır və ona yüngül cəza təyin edilməsinə razıdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı küçədə ünvanlı-ünvansız söyüşlər söyərək nümayişkaranə hərəkətlər edərək, ətrafdakı insanların diqqətini özünə cəlb edərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da, o cümlədən özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə də tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşiman olmasını, himayəsində 1 yaşında uşağının olmasını və arvadının hamilə olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 1,5 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 1,5 saat hüquqi xidmətə görə Vəkil 16,5 (on altı manat əlli qəpik) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 49, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Şəxs göstərilmiş 1,5 saat hüquqi xidmətə görə Vəkil 16,5 (on altı manat əlli qəpik) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-609/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-609/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver