Məhkəmə qərarları › İş №3(025)-610/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-610/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-610/2024 19.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2052832) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Qəbələ rayonu, Nic qəsəbəsinin mərkəzində X1 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs oğlu özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, həmkəndlisi Vladik Gözəlovla birlikdə Qəbələ şəhərində kafedə olmuş, həmin vaxt Vladik Gözəlovun rəqs ifa etmiş və həmin görüntülər “Tik-tok” sosial şəbəkəsində yayılmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 Qəbələ rayonu, Nic qəsəbəsində Zərərçəkmiş şəxs Vladikin rəqs ifa etdiyi görüntüləri ona göstərmiş və o da bu barədə Vladikə bildirmişdir. Vladik Berikə zəng edərək həmin videogörüntülərlə bağlı suallar verdikdə Berik ona bu barədə məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra o, Berikə zəng edib Vladikə bu barədə özünün məlumat verdiyini bildirərək nəyə görə onu söydüyünü soruşduqda Berik “sən sukasan” deyərək onu təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsinin mərkəzində Zərərçəkmiş şəxslə rastlaşmış, qeyd olunan məsələ ilə bağlı aralarında yenidən mübahisə olmuş və biri-birini nalayiq ifadələrlə təhqir etmişlər. Həmin vaxt yaxınlıqda olan Elvin və İbad onları ayıraraq dalaşmalarına mane olmuşlar. X4 daha sonra izahatında hərəkətlərinə görə səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayan Vladik adında bir nəfərin rəqs ifa etdiyi görüntülər “Tik-tok” sosial şəbəkəsində yayılmış və o, həmin videogörüntüləri öz telefonunun yaddaşına köçürərək xx.xx.2024-cü il tarixdə, saat 19-00 radələrində Şəxs Rantikoviçə göstərmişdir. Meşari gedəndən bir qədər sonra Vladik ona zəng edərək həmin videogörüntülərlə bağlı suallar verdikdə ondan bu barədə kimdən məlumat aldığını soruşmuş və həmin şəxsi söymüşdür. Vladiklə danışıb qurtarandan sonra Meşari ona zəng etmiş və Vladikə bu barədə özünün məlumat verdiyini bildirərək nəyə görə onu söydüyünü soruşduqda ona “sən sukasan” demişdir. xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsinin mərkəzində Şəxs Rantikoviçlə rastlaşmış, qeyd olunan məsələ ilə bağlı aralarında yenidən mübahisə olmuş və biri-birini nalayiq ifadələrlə təhqir etmişlər. Həmin vaxt yaxınlıqda olan Elvin və İbad onları ayıraraq dalaşmalarına mane olmuşlar. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2016cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adında uşaqları vardır. X2 himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar