Məhkəmə qərarları › İş №3(025)-611/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-611/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-611/2023 24.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Virdil Selimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X2 inzibati tənbeh verilməsinə dair MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Virdil Selim şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətin təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X2 ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati tənbeh verilməsinə dair MN №0524406 saylı xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin tənbehlə bağlı ödədiyi 300 manat məbləğində pulun ona qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X2 inzibati tənbeh verilməsinə dair MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə o, yəni Türkiyə Respublikasının vətəndaşı Virdil Selim Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində (əcnəbi tərəfindən bir yerdən başqa yer getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakılara əsasən X10 İdarəsinin rəis müavini X2 haqqında qəbul etdiyi inzibati tənbeh verilməsinə dair MN №0524406 saylı xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək, əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ödədiyi 300 (üç yüz) manat məbləğində cərimənin ona qaytarılması haqqında qərar qəbul etməyi xahiş edir. O, tanışı Yılmaz Ümitlə birlikdə Azərbaycan Respublikasının vətəndaşı X3 dəvəti ilə 2023-cü ilin sentyabr ayının ortalarında Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə əsasən Qəbələ rayonun Kötüklü kəndində Müsavər Nəbiyevin arvadı X1 məxsus yaşayış evində qeydiyyata alınmışlar. Azərbaycana gəlməkdə məqsədləri Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməklə burada işləmək olmuşdur. Onları dəvət etmiş Müsavər Nəbiyev 2023-cü ilin sentyabr ayının axırlarında deməsinə görə səhhətində olan problemlərlə əlaqədar Türkiyə Respublikasına, oradan da Almaniya Federativ Respublikasına müalicə almaq üçün getmişdir. Ona görə də o və Yılmaz Ümit müvəqqəti olaraq daha əlverişli şəraiti olan Müsavər Nəbiyevin xüsusi mülkiyyətindəki Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən mehmanxana tipli yaşayış sahəsində qalmışlar. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin inspektoru X9 inzibati xətanın tərkibinin yaranması üçün zəruri olan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində nəzərdə tutulmuş 5 iş günü müddətini belə gözləmədən o, yəni Virdil Selimin xx.xx.2023-cü il tarixdən bir yerdən başqa yerə gedərkən olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməməsinə dair xx.xx.2023-cü il tarixdə barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsi haqqında MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tərtib edilimiş həmin protokola X10 İdarəsinin rəis müavini X6 tərəfindən baxılaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib MN №0524406 saylı xx.xx.2023-cü il tarixli qərarla 300 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, X10 İdarəsinin inspektoru N.V.Əkbərov barəsində inzibati xəta haqqında protokol tərtib edərkən, X10 İdarəsinin rəis müavini T.E.Etibarlı isə həmin materiala baxarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin tələblərini kobud surətdə pozaraq inzibati xəta haqqında işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamış, yuxarıda qeyd etdiyi hüquq normalarının müddəalarına əsasən (Əcnəbi qeydiyyata alındığı yaşayış sahəsinin sahibinə məxsus digər yaşayış sahəsində müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasının tələb olunmaması, olduğu halda belə 5 iş günü müddətinin gözlənilməməsi) əməlində hər hansı bir inzibati xətanın tərkibi olmadığı halda barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq ona qeyd etdiyi inzibati tənbeh verilmişdir. Bu zaman barəsində inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.4-cu maddəsinin tələbləri kobud surətdə pozulmaqla tərtib olunaraq protokolda inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti əsaslandırılmamışdır. Bir millət iki dövlət olsalar da, dilləri arasında müəyyən fərqlər olduğundan Azərbaycan Respublikasının İXM-nin 72-ci maddəsini tələbləri kobud surətdə pozulmaqla ona tərcüməçi də təyin olunmamış, izahatı onsuz alınmışdır. Nəticədə o, verilən sualları düzgün qavraya bilməmiş, öz fikrimi dəqiq ifadə edə bilməmişdir. Onlar Azərbaycan Respublikasına pasportla deyil, kimlik kartı (şəxsiyyət vəsiqəsi) ilə gəldiklərindən, iş icazəsi almaq üçün isə pasport tələb olunduğundan məcbur olmuşlar ki, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına qayıtsınlar. Orada 23 oktyabr 2023-cü il tarixdə U30445824 saylı pasport almışdır. X10 İdarəsinin rəis müavini X6 ona tətbiq etdiyi yuxarıda göstərdiyi inzibati cərimə ödənilənədək Azərbaycan Respublikasına gəlişini xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ilə qadağan etdiyindən həmin cərimə əsassız və qanunsuz olmasına baxmayaraq onu ödəmək məcburiyyətində qalmışdır. Yalnız bundan sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıda bilmişdir. Qayıdandan sonra xx.xx.2023-cü il tarixdə barəsində tətbiq edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, şikayət vermiş Virdil Selim məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinin tələblərinə əsasən işə Virdil Selimin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Türkiyə Respublikası vətəndaşı X13 Miqrasiya Xidmətinin X10 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəraın ləğv edilməsinə dair ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı əsaslara görə ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. Türkiyə Respublikası vətəndaşı Virdil Selim (pasport nömrəsi A24İ90205) xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasına gəlmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə uyğun Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. DMX tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edib-etməməsini araşdıran zaman yuxarıda adları qeyd olunan Türkiyə Respublikası vətəndaşı yaşadığı ünvana olduğu yer üzrə qeydiyyata alan X3 qeydiyyata aldığı Qəbələ rayonu, Kötüklü kəndi ünvanında yaşamadığ məlum olmuşdur. DMX-nın Şəki RMİ əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşından bu barədə izahat alınmış və həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq protokol tərtib edilmişdir. Şəxs barəsində xx.xx.2023-cü il tarixində Şəki RMİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və şəxs barəsində təyin edilmiş cəriməni xx.xx.2023-cü il tarixində ödəmişdir. Həmçinin onları qəbul edən Azərbaycan Respublikası vətəndaşı X7 barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq protokol tərtib edilmişdir. Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsi tərəfindən şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Türkiyə Respublikası vətəndaşı Virdil Selim barəsində tərtib olunmuş protokol və qərarların surətini xx.xx.2023-cü il tarixində özü tərəfindən imzalanaraq qəbul edilmişdir. Odur ki, X11 Xidmətinin Şəki Regional Migrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və şəxsin ödədiyi 300 manat məbləğində pulun geri qaytarılmasına dair şikayətinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, qərarı barəsində şikayət verilmiş şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin inspektoru X9 tərəfindən Virdil Selim barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı Qəbələ rayonu 09 oktyabr 2023-cü il tarixdən Yılmaz Ümitin bir yerdən başqa yerə gedərkən olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməyərək inzibati xəta törətməsi müəyyən olunmuşdur. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X4 tənbeh vermə haqqında MN ******* nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Virdil Selimin bir yerdən başqa yerə gedərkən olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməyərək inzibati xəta törətməsi müəyyən edildiyindən Virdil Selimin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Türkiyə Respublikası vətəndaşı Virdil Selim tərəfindən verilmiş izahatından görünür ki, sonuncu izahatında xx.xx.2023-cü il tarixdə Azərbaycana gəldiyini, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməsinə baxmayaraq, Nic qəsəbəsində yaşadığını, qeydiyyatda olduğu Kötüklü kəndində heç yaşamadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, **********qeydiyyat nömrəli (reyestr nömrəsi **********42-06301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X3 adına 138.20 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.40 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Kötüklü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-54/2- 133/2023 nömrəli arayışdan görünür ki, X1 məxsus Qəbələ rayonu Kötüklü kəndində özünəməxsus yaşayış evi vardır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X7 xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit (pasport nömrəsi A24K50682)) və Virdil Selim (pasport nömrəsi A********) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə uyğun Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətlərə əsasən Yılmaz Umit və X17 Nəbiyevin arvadına məxsus Qəbələ rayonu Kötüklü kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmışlar. DMX tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edibetməməsini araşdıran zaman yuxarıda adları qeyd olunan Türkiyə Respublikası vətəndaşlarını yaşadığı ünvana olduğu yer üzrə qeydiyyata alan X3 qeydiyyata aldığı Qəbələ rayonu, Kötüklü kəndi-ünvanında yaşamadıqları məlum olmuşdur. DMX-nın Şəki RMİ əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşları Yılmaz Umit və Virdil Selim oğlundan bu barədə izahatlar alınmış və sonuncular izahatlarında xx.xx.2023-cü il tarixdə Azərbaycana gəldiklərini, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməklərinə baxmayaraq, Nic qəsəbəsində yaşadıqlarını, qeydiyyatda olduqları Kötüklü kəndində heç yaşamadıqlarını bildirmişlər. Həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq Yılmaz Umit və Virdil Selim barəsində protokol tərtib edilmiş, onlar barəsində xx.xx.2023-cü il tarixində Şəki RMİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Yılmaz Umit və Virdil Selim barələrində təyin edilmiş cərimələri ödəmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin əməkdaşları tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edib-etməməsini araşdıran zaman X15 rayonu, Kötüklü kəndində qeydiyyata alınmasına baxmayaraq, həmin ünvanda deyil, başqa ünvanda yaşaması məlum olmuş, nəticədə törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Virdil Selim bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməyərək inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsinə əsasən bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayətçi şikayətində Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsinin tələbləri baxımından 5 gün müddətin göznəlilmədiyini qeyd etsə də, Virdil Selimin izahatından sonuncunun xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Kötüklü kəndində qeydiyyata düşməsinə baxmayaraq, Nic qəsəbəsində yaşadığı, qeydiyyatda olduğu Kötüklü kəndində heç yaşamadığı məlum olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçinin həmin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 21.9-cu maddəsində göstərilir ki, Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. İş materialları ilə müəyyən olunur ki, Virdil Selimin qeydiyyatda alındığı Qəbələ rayonu Kötüklü kəndində yerləşən mənzil X1, lakin faktiki yaşadığı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən mehmanxana X5 məxsusdur. Bundan əlavə məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerlərin dairəsində mehmanxana və mənzil ayrı-ayrı olaraq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin əməkdaşları Virdil Selimin Azərbaycan Respublikası İXMnin 575.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Virdil Selim barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Virdil Selimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X2 inzibati tənbeh verilməsinə dair MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Virdil Selimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X10 İdarəsinin rəis müavini X2 inzibati tənbeh verilməsinə dair MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar