Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-611/2025 22.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Əşrəf Rüstəmzadə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Tola kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tola kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində Qəbələ şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə Qəbələ rayonu, Tola kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən içki məclisindən çıxıb axşam saatlarında Qəbələ rayonun gəlmişdir. Qəbələ rayonuna gələn Bakı taksisi ona Tola kəndinin uzaq olduğunu, onu kəndə qədər apara bilmədiyini bildirmiş və həmin vaxt o əsəbləşərək hərəkətlərinə nəzarət edə bilməmiş uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt mülki formada olan şəxslər ona yaxınlaşaraq özlərini Qəbələ RPŞ-nin əməkdaşı kimi təqdim edib ictimai yerdə nə üçün nalayiq ifadələr işlətməyinin səbəbini ondan soruşmuş və şəxsiyyət vəsiqəsini ondan tələb etmişlər. O onlara bu barədə heç bir məlumat verməmiş və hərəkətlərinə davam etmişdir. Buna görə də polis əməkdaşları ona barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirib NH-yə təhvil vermişlər. İş üzrə şahid Qəbələ RPŞ-nin CAB-nin əməliyyatçısı X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında CAB-nin əməkdaşları ilə Qəbələ şəhəri ərazisində gecə gəzintisinə çıxmışlar. Onlar təxmini xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat təxminən 00:10 radələrində Dəmiraparan çayının üzərində yerləşən körpünün yaxınlığında Bakı taksiləri dayanan yerdə bir nəfərin uca səslə nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək nə üçün ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməsini ondan soruşduqda O bu barədə onlara heç bir məlumat verməmiş öz hərəkətlərinə davam etmişdir. Onlar ondan şəxsiyyət vəsiqəsini tələb etdikdə o şəxsiyyət vəsiqəsini verməyəcəyini bildirmiş və öz hərəkətlərinə davam edərək ətrafda olan insanların diqqətini özünə çəkməyə başlamışdır. Onlar adı sonrada məlum olan Qəbələ rayon Tola kənd sakini Şəxs barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirərək NH-yə təhvil vermişlər. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin CAB-nin polis nəfəri X3 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027666 nömrəli Protokola əsasən Şəxs həmin gün saat 01:30-da AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri ərazisində ünvansız nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, AR İXM-nin müvafiq maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 noyabr 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-611/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-611/2025
22.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver