Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-612/2023 14.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, X11 küçəsi ev 29 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 14 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Zaman Əhmədli tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə Xırxatala kənd sakini Zərərçəkmiş şəxs məxsus 200 manata qədər pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Bundan başqa, 14 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Böyük Əmili kənd sakini X4 məxsus 328 manat dəyərində qoz, fındıq dəmir alətləri dələduzluq yolu ilə ələ keçirtmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs qarşı 200 manata qədər pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Bundan başqa, o, 23 oktyabr 2023-cü il tarixdə Böyük Əmili kənd sakini X4 məxsus 328 manat dəyərində qoz, fındıq, dəmir alətlərini dələduzluq yolu ilə mənimsəmişdir. Törədilmiş dələduzluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin dələduzluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonundan Qəbələ şəhərinə özünə məxsus Vaz 21011 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Qəbələ rayonuna evlərdən köhnə əşyalar və dəmir metallar alıb satmaq üçün gəlmişdir. Həmin tarixdə Qəbələ rayon Böyük Əmilı kəndində yol kənarında olduqda adını sonradan bildiyi Rüzgar Paşayev ona yaxınlaşaraq onda işləməyən soyducu, nehrə və paltaryuyanmaşın olduğunu, bildirmişdir. Ondan pul almaq məqsədi ilə yalandan ona bildirmişdir ki, o onları təmir edə bilər. Və onunla birlikdə həyətlərinə getmişdir. Rüzgar Paşayevlə məişət texnikalarını təmir etməyinin müqabilində ondan 328 manatlıq qoz, fındıq, və dəmir metallar götürmüşdür. Həmin vaxtı Rüzgar Paşayevin həyətində olan soyducu, nehrə və paltaryuyan maşını təmir etməmişdir. Sadəcə olaraq ondan pul almaq üçün Rüzgar Paşayevi aldadaraq texnikaları təmir etdiyini bildirmişdir. Məişət texnikalarını Rüzgar Paşayevə təmir etdiyini bildirdikdən sonra ondan 328 manatlıq qoz, fındıq və Rüzgar Paşayevə təmir etdiyini bildirdikdən sonra ondan 328 manatlıq qoz, fındıq və dəmir metallar alaraq oradan uzaqlaşmışdır. Bundan əlavə bildirir ki, xx.xx.2023-cü il tarixdə də özünə məxsus vaz 21011 markalı avtomobillə Qəbələ rayon Xırxatala kəndi ərazisində gedərkən həmin kənd sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ona məxsus soyuducunun nasaz olduğunu bildirmişdir. Əgər soyuducu təmir olunmasa yanğın olacağını bildirmişdir. Sonra həmin soyducunu üzərində beş on dəqiqə işləmiş və Zərərçəkmiş şəxs bildirmişdir ki, soyuducunu təmir etmişdir. Bunun müqabilində ondan 100 manat pul və 25- 30 kiloqramlıq fındıq almışdır. Bildirir ki, o həmin soyuducunu təmir etməmişdir. Sonra həmin şəxsdən pulu aldıqdan sonra özünə məxsus avtomobillə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 15.10.223-cü il tarixdə saat təxminən 12 radələri olardı əvvəl tanımadığı bir nəfər şəxs idarə etdiyi vaz 21011 minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı ünvana gəlmişdir. Həmin şəxs özünü ona Ramin kimi təqdim edərək məişət əşyaları təmiri ustası olduğunu bildirmişdir. Ona özünü Ramin kimi təqdim edən şəxs evə daxil olub evimdə olan işlək vəziyyətdə suyuducuya baxıb soyuducuda texniki nasalıq yəni qısaqapanma verməklə yanğın təhlükəsi olduğunu deyib onu inandırmaqla onu təmir etmək lazım olduğunu bildirmişdir. Belə olub Ramin kimi tanıdığım şəxsin sözlərinə inanıb soyuducunu təmir etməsinə razı olmuşdur. Həmin şəxs soyuducunun üzərində 5- 10 dəqiqə ərzində işlədikdən sonra yalandan soyuducunu təmir etdiyini bildirib zəhmət haqqı kimi ondan 100 manat nəğd şəkildə pul və təxminən çəkisi 25-30 kloqram qabıqlı şəkildə bir kisə fındıq alıb yaşadığı ünvandan çıxıb getmişdir. Ramin adlı şəxsin soyadını və atasının adını bilməsə də onun idarə etdiyi 21011 minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin dövlət nömrə nişanını yadımda saxlamışdır. Həmin günün axşamı evində olan soyuducuya baxdıqda bilmişdir ki, soyuducu saz vəziyyətdə olmuş, soyuducuda heç bir texniki nasaziıq olmamışdır. Ramin soyuducunu təmir etmək adı ilə aldadıb məndən 100 manat nəğd şəkildə pul və 25-30 kloqram çəkidə 1 kisə qabıqlı şəkildə fındıq alaraq onu aldatmış və nəticədə ona təxminən 180 manata yaxın maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən Şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığındakı küçədə sarı rəngli Vaz 21011 markalı avtomobil görmüş, ona yaxınlaşmış, nə etdiyini soruşmuşdur. O da məişət texnikası təmir etdiyini demişdir. O ona nasaz olan məişət texnikalarının olduğunu bildirmişdir. O ona 050 *** ** ** saylı mobil nömrəsini verərək, sabah gələcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində həmin şəxs ona zəng edərək, gəlmiş, həyətə daxil olmuşdur. İlk olaraq köhnə paltaryuyan maşına baxmış, onun pərinə yağ vuraraq guya düzəltmişdir. Sonra soyuducunu guya təmir etdi. Guya soyuducunun mühərrikinə yağ vurmuşdur. Sonra digər soyuducuya keçərək guya onun da mühərrikinə yağ və qaz vurmuşdur. Sonra düzəldi demişdir. Sonra pulu hesablamış və ona borcunun 328 manat olduğunu demişdir. O də onunla əvvəlcədən razılaşmışdır ki, pulu yoxdur, ona bunun yerinə qoz fındıq verəcək. Ona 62 kq qoz 3 manatdan olmaqla, 20 kq fındıq 3 manat 10 qəpikdən 200 kq 40 qəpikdən, 80 manat dəyərində həyətində istifadə edilmiş qara dəmir, ümumilikdə 328 manat maddi ziyan vurmuşdur. O həmçinin DİN-nin *102" xidmətinə, açarımın oğurlanması barədə məlumat vermişdir, qeyd edir ki, onun açarını oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən Şəxs şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlаrdan görünür ki, toplanmış materiallаr üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları və işin digər materialları ilə tam sübuta yetir. Onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-612/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-612/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver