Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-613/2021 20.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon X3 X6 inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Nümayəndə2, Barəsində inzibati icraat aparılan hüquqi şəxsQəbələ Şəhər Dindarlarının X2 nümayəndəsi Nümayəndə1 iştirakları ilə Qəbələ Şəhər Dindarlarının X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ Şəhər Dindarlarının X5 sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon X3 X6 inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı Nümayəndə2 göstərdi ki, Qəbələ Şəhər Dindarlarının X5 sorğunu rəsmi qayda da aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Beləliklə, Qəbələ Şəhər Dindarlarının X5 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Qəbələ Şəhər Dindarlarının X2 nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Qəbələ rayon X3 X6 tərəfindən inzibati xətanın törədilməsi barədə heç bir məktub ünvanlanmayıb. Əgər belə məktub ünvanlansaydı, dərhal cavab verərdilər. Əvvəlki aylarda Qəbələ rayon X3 X6 tərəfindən məktub ünvanlanmış və həmin məktuba cavab vermişlər. Qeyd olunan avtomobili o, on ilə yaxındır ki, idarə edir və poolis şöbəsində də avtomobilin onun idarə etməsi barədə məlumat vardır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qəbələ rayon Polis şöbəsindən Qəbələ Şəhər Dindarlarının X4 ünvanlanmış məktubdan görünür ki, Qəbələ Şəhər Dindarlarının X2 mülkiyyətində olan “TOYOTA PRADO” MİNİK markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Qəbələ rayon Polis şöbəsindən Qəbələ Şəhər Dindarlarının X4 ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Qəbələ Şəhər Dindarlarının X2 rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 22.10.2021-ci il tarixdə qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş “Poçt Göndərişlərinin izlənməsi” barədə Çıxarışdan görünür ki, İXH icraatı aparan orqanın iş materiallarına sorğunun Qəbələ Şəhər Dindarlarının X5 tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamənin SS nömrəsi ilə bağlı məlumat tapılmamışdır. Yəni, sorğunun Qəbələ Şəhər Dindarlarının X5 tərəfindən qəbul edilməsi barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, 01 noyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli İXH protokolda isə yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs barədə hüquqi şəxs tərəfindən 5 gün rəsmi məlumat verilməməsi göstərilmişdir. Hüquqi şəxsin nümayəndəsi bu barədə hər hansı bir sorğunun Qəbələ Şəhər Dindarlarının X4 göndərilmədiyini bildirir, İXH icraatı aparan orqanın nümayəndəsi isə qanunla müəyyən edilmiş qaydada hüquqi şəxsə sorğu göndərilməsinə və rəsmi qaydada çatdırılmasına, eləcə də protokolun tərtib olunması üçün müvafiq quruma məlumat verilməsinə dair məhkəməyə sübut təqdim etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin məzmunundan aydın olduğu kimi, hüquqi şəxsə İXH protokolu deyil, nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında sorğu göndərməli və rəsmi qaydada çatdırmalıdır. Bundan başqa, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini əks etdirən İXH protokol yalnız sorğu daxil olduğu gündən 5 gün müddətində hüquqi şəxs tərəfindən səlahiyyətli orqana məlumat vermədiyi halda tərtib edilə bilər. Yəni, birincisi, qeyd edilən sorğu hüquqi şəxsə rəsmi qaydada çatdırılmalı, ikincisi – sorğunun çatdırılmasını təsdiq edən xəbərnamədə əks etdirilən tarixdən 5 gün müddət gözlənilməlidir. Qanunun bu tələblərinə riayət edilməklə göndərilmiş sorğuya əsasən 5 gün müddətində hüquqi şəxs sürücü barədə məlumat vermədikdə, onun barəsində İXM-nın 347 maddəsi ilə İXH protokol tərtib edilməsinə yol verilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon X3 X6 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Qəbələ Şəhər Dindarlarının X1 sorğu ilə 36 AA012 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair Qəbələ Şəhər Dindarlarının X4 sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. Odur ki, Qəbələ Şəhər Dindarlarının X2 İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Şəhər Dindarlarının X2 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 noyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Şəhər Dindarlarının X2 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 noyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-613/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-613/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver