Məhkəmə qərarları › İş №3(025)-614/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-614/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-614/2023 14.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1976-ci il fevralın 22-də Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 noyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 14 noyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 göstərdi kixx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon Nic qəsəbə sakinidir. Zərərçəkmiş şəxs onun rəsmi nikah münasibətində olduğu həyat yoldaşıdır və həmin şəxslə 26 ildir ki, evlidirlər. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisələr ilə əlaqədar Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə axşam radələrində yaşadığı evə gəldikdə qızı X1 anası Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini demişdir. Evdən nə götürdüyünü soruşduqda isə qızı ona şkafdan öz paltarını(şubasını) götürdüyünu bildirmişdir. Daha sonra otaqlara baxdıqda evdə albom şəkillərinin yerində olmadığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı vaz 2106 markalı nəqliyyat vasitəsini də götürüb Qəbələ rayon Nic qəsəbəsinə mərkəzə getmiş, daha sonra həyat yoldaşı Zərərçəkmiş şəxs zəng edərək götürdüyü albom şəkilləri ona verməsini bildirmişdir. Günorta saat 11:30 radələrində Zərərçəkmiş şəxs yanına onun hal-hazırda qaldığı evə getmiş, şəkillləri, albomları istəmişdir. Zərərçəkmiş şəxs şəkilləri ona verməmiş, aralarında mübahisə olmuş, mübahisə zamanı İrina Damirçarinin üz nahiyyəsindən bir dəfə şillə ilə vurmuşdur. Etdiyi əməldən peşmandır və buna görə İrinadan üzr istəyir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Həmin şəxslə 25 ildir ki, evlidirlər, səhhətində olan problem ilə əlaqədar Bakı şəhərinə valideyninin yanına getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 16:30 radələrində Qəbələ rayon Nic qəsəbəsində öz yaşadığı evə getmiş, oradan ona məxsus olan paltarlarını, əşyalarını, eyni zamanda darıxdığı üçün ailəsi və şəkil albomunu götürmüşdür. Daha sonra Qəbələ rayon Nic qəsəbəsində babası evinə getmişdir. xx.xx.2023cü il tarixdə əri Şəxs təxminən saat 11:35 radələrində onun hal-hazırda qaldığı babasının evinə gəlmiş, yaşadığı evə daxil olmuş, şəkil albomlarını ona vermiş, onların aralarında mübahisə olmuş, mübahisə zamanı, əri yumruqla bir dəfə onun baş nahiyyəsindən vurmuşdur. Halhazırda həmin şəxslə barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 569 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Albertovanın bədəni üzərində, başın sağ və sol təpə nahiyyəsinin qançırı kin xəsarətinin olduğu, həmin xəsarətin küt alətin(əşyaların) təsirindən yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zəre vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1570, 1574 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzr istəməsini məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar