Məhkəmə qərarları › İş №3(025)-615/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-615/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-615/2025 03.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – 15fevral 1994-cü il tarixdə Qəbələ rayonuDızaxlı kəndindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşöul olan, Qəbələ rayonu Yeni Dızaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baş İstintaq və təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 24 avqust 2025-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X4 tərəfindən 08 noyabr 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 26 iyul 2025-ci il tarixdə saat təxminən 07:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Basqal kəndi ərazisindən keçən 15-ci kilometrliyində sürücü xx.xx.1994-cü il təvəllüdlü Qəbələ rayonu Yeni Dızaxlı kəndində yaşayan Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olaraq etibarnamə əsasında Azsamand minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü Muğanlı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağında olan ağaca vuraraq aşırtmış, nəticədə həmin avtomobildə sərnişin qismində əyləşən xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti və xx.xx.2009-cu il təvəllüdlü X6 isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almış və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatət verərək, inzibati xəta haqqında işin yaşayış yeri üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İX-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Samand markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil atası X7 məxsusdur. O, avtomobili sürmə etibarnaməsi ilə iadər edir, avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə müştəri yğıb Bakı şəhərinə gedirmiş. Qəbələdən çıxan zaman avtomobildə bir nəfər sərnişin olmuşdur. İsmayıllı rayonunda bir nəfər kəpənək deylən dairədə avtomobili saxlatmış və onu da aparmağını istəmişdir. O da etiraz etməmiş və sərnişin avtomobildə arxa sağ tərəfdə əyləşmişdir. Digər sərnişin isə qabaq sağ oturacaqda əyləşmiş, avtomobili isə o idarə etmişdir. Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Basqal kəndi ərazisindən keçən 15-ci kilometrlyində üzü Muğanlı istiqamətində saatda 80 kilometr sürətlə hərəkətdə olarkən ani anda bərk yağış yağmağa başlamış, yol ilə su getmişdir. Bu zaman idarə etdiyi avtomobil su axarına düşmüş, həmin an o, idarəetməni itirmiş və avtomobil sağ yanı üstə yolun sağında dərədə olan ağaca dəymişdir. Hadisədən sonra o avtomobildən yerə düşmüş, birinci Hikmət Kərimovu avtomobildən düşürtmüş, sonra isə digər sərnişin Şanin Məmmədovu avtomobildən yerə düşürtmək istəsə də Şahin avtomobildə sıxışıb qalmışdır. FHN-nin xilasedici qrupuna zəng etmiş, bir müddətdən sonra FHN-nin xilasetmə qrupu və TTYŞ-nin avtomobili gəlmişdir. Xilasedicilər avtomobildə sıxışıb qalan sərnişini çıxardıb TTYŞ-nin həkimlərinə təhvil vermişlər və xəsarət alan sərnişin İsmayıllı rayon MX-ya aparılmışdır. O isə hadisə yerində qalmışdır. Hadisədən əvvəl o, heç bir spirtli içki və ya narkotik maddə qəbul etməmiş, avtomobili isə saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X6 ilə barımış və zərərçəkmiş şəxslərin ondan şikayəti yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hadisə Şəxs qeyd etdiyi formada olmuşdur. Hadisə baş verən gün günün səhər saatlarında Bakı şəhərinə getmək üçün İsmayıll şəhərində idman kompleksinin yanına çıxmışdır. Bakı istiqamətində gedən Samand markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, Bakıya getdiyini bildirmiş və onu da avtomobilə əyləşdirmişdir. Avtomobili Təvəkkül adlı sürücü idarə etmiş, bir nəfər uşaq qabaq oturacaqda, o isə arxa sağ oturacaqda əyləşmişdir. Muğanlı- İsmayıllı yolunun İsmayıllı rayonu Basqal kəndi ərazisindən keçən 15-ci kilometrliyində sürücü üzü Muğanlı istiqamətinə saatda 70-80 kilometr sürətlə hərəkətdə olmuşdur. Birdən beş dəqiqəlik güclü yağış yağmağa başlamış və tez də kəsmiş, yol yaş olmuşdir. O şüşədən yolun sağına baxırmış, hərəkətdə olarkən ani anda avtomobil sürüşməyə başlamış, bu zaman o, başını tutub dayanmışdır. Sonra avtomobil nəyəsə möhkəm dəymiş, ondan sonra özündə olmamış, ayılanda isə Abşeron mərkəzi xəstəxanasında olmuşdur. Şəxs ilə barışmışlar və qarşı şikayət və tələbi yoxdur, polis tərəfindən araşdırma aparılan zaman bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, protokolu tərtib etmiş şəxs İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X4 və zərərçəkmiş şəxs X6 və onun qanuni nümayəndəsi (atası) X8 məhkəmə iclasında iştirak etməmişdirlər. Zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi (atası) X8 ilə birlikdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə inzibati materiala protokolu tərtib etmiş şəxs İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X1 və zərərçəkmiş şəxs X6 və onun qanuni nümayəndəsi (atası) X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədləri ilə müəyyən edildi: - Baş İstintaq və təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Şəxs barəsində toplanmış 24 avqust 2025-ci il tarixli HK-1/726 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən müəyyən edilmişdir ki, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1/726 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respiblikası İXM-nin 327.8-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. - Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyı Məhkəmə-Tib Ekspertiza və Pataloji Anatomiya Birliyi" X13 daxil olmuş Şəxs barəsində olan 213 sylı “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə” Aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:50-də ayıq olmuşdur. - Materiala əlavə edilmiş MTE və PAB-nin Qəbələ rayon şöbəsindən daxıl olmuş Zərərçəkmiş şəxs barəsində olan 251 saylı canlı şəxsin tibbi muayinə rəyinə əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. - Materiala əlavə edilmiş MTE və PAB-nin Qəbələ rayon şöbəsindən daxil olmuş X6 barəsində olan 252 saylı canlı şəxsin tibbi müayinə rəyinə əsasən onun bəd üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. - Araşdırma zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə notarial qaydada ərizə yazaraq baş vermiş yol nəqliyyat hadisəsi zamanı ağır dərəcəli bədən xəsarəti almasına baxmayaraq ** NS *** dövlət qeydiyyat nişanlı minik avtomot sürücüsü Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, bu məsələ ilə bağlı gələcəkdə də şikayətinin olmayacağını bildirmişdir. - Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 12 avqust 2025-ci il tarixli 8/1710 nömrəli məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası rəyində göstərilmişdir ki, Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Samand Soren markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadis qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun64-cü maddəsinin 1-ci hissəsinin(3.24 "Maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə İstintaq və təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən müvafiq araşdırma aparılmış, 24 avqust 2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul olunaraq, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1/726 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respiblikası İXM-nin 327.8-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə həmin sənədlər məhkəməyə daxil olmuş və inzibati xəta haqqında iş açılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X4 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, 08 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın qəbul edilməsindən artıq 3 ay müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməl törədilsə də, müddətin keçməsi ilə bağlı, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, həmin material məhkəməyə daxil olduğu gün “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın qəbul edilməsindən 3 ay müddət tamam olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Şəxs inzibati məsuliyyətdən azad edilməklə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektrou polis serjantı X4tərəfindən tərtib olunmuş İXP seriyalı, ******* nömrəli, 08 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar