Məhkəmə qərarları › İş №3(025)-616/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-616/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-616/2021 20.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində inzibati tənbeh vermə haqqında X18 Xidmətinin Şəki Regional ərazi şöbəsinin 30 noyabr 2021-ci il tarixli, MN № ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X18 Xidmətinin Şəki Regional ərazi şöbəsinin inzibati xəta haqqında 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə onun, yəni sahibkar (VÖEN **********) X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən 3000 (üç min) manat inzibati cərimə tətbiq edilmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi X18 Xidmətinin Şəki Regional ərazi şöbəsinin əmək müfəəttişi Nümayəndə tərəfindən barəsində tərtib edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, onun tərəfindən təqdim olunmuş sənədlər və izahat göstərilmişdir. 25.11.2021-ci il tarixli, MN ******* nömrəli protokol ona imzalatdırılan zaman hüquq və vəzifələri izah olunmamış, bu barədə ona hər hansı bildiriş təqdim olunmamışdır, ona görə də o, hüquqlarını bilmədiyindən protokolu imzalamışdır. Həmin protokolda sahibkar X11 tərəfindən müəllim işinə cəlb edilmiş X12 ilə əmək müqaviləsi bağlanılmaması qeyd olunmuşdur. Lakin işəgötürən, yəni onun tərəfdən işçi X12 ilə elektron əmək müqaviləsi bağlanıldığı nəzərə alınmamışdır. İnzibati araşdırmanın başlanılmasına səbəb X9 tədris mərkəzində 2020-ci ilin dekabr ayından işləməsi, lakin onunla 01.10.2021-ci il tarixində əmək münasibətlərinin rəsmiləşdirilməsi barədə olan şikayəti olmuş və bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. X9 şikayətində qeyd etdikləri həqiqəti əks etdirmir, belə ki, ümumiyyətlə, 2020-ci ilin dekabr ayında və ondan sonrakı bir neçə ay ərzində bütün dünyada, həmçinin Azərbaycanda olan “covid-19” pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi sərtləşdirilmiş karantin rejiminə görə fəaliyyətləri dayandırılmışdır. Fəaliyyətləri bərpa olunduqdan sonra isə ilkin azad dinləyici qismində sərbəst olaraq tədris mərkəzinə cəlb olunmuş və 01.10.2021-ci il tarixindən onunla elektron əmək müqaviləsi bağlanılmış, müqavilə şərtləri, əmək haqqısı, işin mahiyyəti izah olunmuşdur. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, şikayət vermiş X11 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinin tələblərinə əsasən işə X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, vətəndaş X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə zəng edərək şikayət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin dekabr ayından etibarən X11 fiziki şəxsinə məxsus müəssisədə fəaliyyətə cəlb olunsa da, əmək münasibətləri 01.10.2021-ci l tarixdən etibarən rəsmiləşdirilmişdir. Əmək müqaviləsinin şərtləri vətəndaşla razılaşdırılmamış, ona təqdim olunmalı olan nüsxəsini də əldə edə bilməmişdir. Vətəndaş əmək müqaviləsində qeyd olunan 250 manat əmək haqqı ilə razılaşmadığını bildirmiş, əmək haqqının razılaşdırılmış şərtlər daxilində ödənilməsini və bu barədə müqavilədə dəyişikliyin edilməsini tələb etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sahibkar X11 tərəfindən işə cəlb edilmiş X12 ilə əmək müqaviləsi vaxtında bağlanılmamışdır. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 25.11.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X4 Ülviyyə Qalib qızı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Həmçinin protokol tərtib edilərkən Ülviyyə Hacıyevanın izahatı alınmış, sonuncu izahatında qanunu bilməməzlikdən işçi ilə yazılı formada əmək müqaviləsini bağlamadığını qeyd etmişdir. Həmçinin protokolla tanış olmuş və protokolu imza etmişdir. Ona bütün hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları tərəfindən X7 barəsində tərtib olunmuş 25.11.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuş ki, sahibkar X11 tərəfindən müəllim işinə cəlb edilmiş X12 ilə əmək müqaviləsi bağlanılmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X3 barəsində tərtib edilmiş 25.11.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan X10 ünvanlanmış 25 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, 25 noyabr 2021-ci il tarixdə X10 barəsində tərtib edilmiş 25.11.2021-ci il tarixli, ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri izah edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X5 Əmək Müfəttişliyi Xidmətinə 03.11.2021-ci il tarixdə zəng ilə müraciət edərək 2020-ci ilin dekabr ayından etibarən X11 fiziki şəxsinə məxsus müəssisədə fəaliyyətə cəlb olunsa da, əmək münasibətləri 01.10.2021-ci l tarixdən etibarən rəsmiləşdirilmişdir. Həmçinin əmək müqaviləsinin şərtləri vətəndaşla razılaşdırılmamış, ona təqdim olunmalı olan nüsxəsini də əldə edə bilməmişdir. Vətəndaş əmək müqaviləsində qeyd olunan 250 manat əmək haqqı ilə razılaşmadığını bildirmiş, əmək haqqının razılaşdırılmış şərtlər daxilində ödənilməsini və bu barədə müqavilədə dəyişikliyin edilməsini tələb etmişdir. Ona görə də, pozulmuş əmək hüquqlarının bərpasını xahiş etmişdir. X18 Xidmətində araşdırma aparılmış və sahibkar X11 tərəfindən müəllim işinə cəlb edilmiş X12 ilə əmək müqaviləsi bağlanılmaması müəyyən olunmuşdur. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin əmək müfəttişi Nümayəndə tərəfindən sahibkar X11 barəsində 25.11.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda vətəndaş X12 tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, işəgötürən vəzifəli şəxs X6 qanunvericiliyinin tələblərini pozaraq müəllim işinə cəlb edilmiş X12 ilə əmək müqaviləsi bağlamamış və qanun pozuntularına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin maddənin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X11 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin protokol tərtib edilərkən X10 hüquq vəzifələri izah edilmiş və protokol onun tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar