Məhkəmə qərarları › İş №3(025)-617/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-617/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-617/2023 15.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Seyidqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Seyidqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 noyabr 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, onlar rəsmi nikahda olsalar da 2 ildir ki ayrı yaşayırlar və birgə nikahlarından 2 azyaşlı övladları var.Azyaşlı uşaqlar ataları Zərərçəkmiş şəxs himayəsindədir. Onlar Qəbələ rayonu Polad Həşimov küçəsində uşaqlarla görüş təyin etmişlər. Həmin vaxt X1 Gültəkin Dursun qızına qarşı nalayiq ifadələr işlətmiş və mobil telefon vasitəsilə videoçəkiliş etməyə başlamışdır. Şəxs yaxınlaşaraq mobil telefonu ondan almaq istəyəndə Zərərçəkmiş şəxs baş barmaqına fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs həmin vaxt Şəxs itələmişdir. Zərərçəkmiş şəxs Şəxs məxsus olan Redmi markalı mobil telefonu (490 manat dəyərində) qıraraq çaya atmışdır. Araşdırması nəticəsində tərəfindən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2018-ci ildə Qəbələ rayon Böyük Pirəlii kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi nigah ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan iki uşağı olmuşdur. Hal-hazırda boşanmaq ərəfəsində olduğunu, təxminən 2 ildir ki, ayrı yaşadıqlarını, bununla bağlı Qəbələ rayon məhkəməsinə ərizə ilə müraciət etdiyini söyləmişdir. Övladları hal- hazırda əri Sərxandadır. Məhkəmə yekun qərara kimi övladlarının onun ilə görüşməsi üçün qərardad çıxardaraq qərardada əsasən həftədə iki dəfə 6 və bazar günləri övladları ilə görüşməli olduğunu, əri dənizdə işlədiyi üçün 15 gündən bir evdə olduğunu, məcbur olub ayda bir dəfə övladları ilə görüşdüyünü qeyd emişdir. xx.xx.2023-cü ıl tarixdə saat təxminən 12:30 radələrində əri övladlarını əvvəlləcədən razılaşdırdığı kimi Polad Həşimov küçəsinə çay kənarındakı besetkaların yanına gətirərək, onun yanında anası Minirə də olduğunu, övladları ilə bir qədər vaxt keçirtdikdən sonra Sərxan onu telefon ilə çəkdiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. O da telefonunu aşağı tutaraq onu çəkməyə başlamış, Sərxan bundan əsəbiləşərək dartaraq telefonunu əlindən alaraq, həmin zaman onun sol əlinin baş barmağından xəsarət almışdır. Sərxan ondan telefonu almaq istəyən zaman onu itələmiş, ona məxsus Redml Not 12 markalı üzərində 051 *** ** ** saylı mobil nömrəsi olan telefonu qəsdən ərinin qırdığını, daha sonra çay tərəfə atdığını qeyd etmişdir. Sonra onlar çıxıb getmişdilər. O ərinə qarşı fiziki zor tətbiq etmədiyini, əvvəllərdə əri tərəfindən bu cür halların baş verdiyini, telefonu özü bir ay əvvəl 490 manata aldığını, telefonun qırılaraq yarasız hala düşməsi nəticəsində ona 490 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Onların arasında mübahisə baş verən zaman üç nəfər olmuş, başqa heç kim onların arasında baş vermiş mübahisəyə şahid oimadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Gülətkin Paşayeva ilə 2018-ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan iki uşaqları olmuşdur. Aralarında olan söz-söhbətlərə görə dəfələrlə boşanmaq üçün məhkəmə orqanlarına müraciət ediklərini, sonuncu dəfə Şəxs 2022-ci ildə boşanmaq üçün məhkəməyə müraciət etdiyini, həmin vaxtdan Gülətkin Paşayeva atası evində yaşadığını bildirmişdir. Uşaqları isə onun ilə qaldığını,məhkəmənin ilkin qərarına əsasən ayda 4 dəfə uşaqlar üçün görüş nəzərdə tutulduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində çöl yolda besetkaların yanında uşlar ilə Gültəkinin görüş keçirdiklərini, görüş ilk əvvəl normal keçsədə lakin sonradan heç bir səbəb olmadan Gültəkin onun üzərinə hücum etmişdir. Fiziki güc tətbiq etdiyini,onu həbs etdirməklə hədələdiyini, Gültəkinin əvvəllki görüşlərdə onun üzərinə hücum etdiyini və O Gültəkini döymədiyini və onun telefonunu qırmadığını bildirmişdir. Sonda isə Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək, Şəxs ilə barışdığını, ona qarşı şikayət, tələbinin olmadığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxslər barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar