Məhkəmə qərarları › İş №3(025)-62/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-62/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-62/2021 04.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, EQ ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıraq hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, EQ ******* qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarlndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin EQ ******* saylı qərarı xx xxxxxx 2021-ci il tarixdə qəbul edilmiş, Z.A.Əmiraslanov qeyd edilən qərardan şikayət ərizəsi ilə xx xxxxxx 2021-ci il tarixdə - 25 gün keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, EQ ******* saylı qərarından verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, EQ ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar