Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-62/2025 04.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanıX1nun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə 21 aprel 1994-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Solquca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs özünə məxsus 1 ədəd cüt lülə, 12 kalibirli, “Toron” markalı, nömrəsi 12-1362 mülki ov silahın DİN-in xüsusi icazəsi olmadan X6 vermişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 fevral 2025-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində meşəlik ərazidə adı ona sonradan məlum olan X5 mülki ov silahı ilə hərəkətdə olması tərəfindən aşkar olunmuşmdur. İlkin Göyüşov mülki ov silahını tanışı Qəbələ rayonu, Solquca kənd sakini Şəxs aldığını, lakin adına rəsmiləşdirmədiyini bildirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yeznəsi X2 1 ədəd cüt lülə 12 kalibrli “Toron” markalı qundaq, bala qundaq və lülə nömrəsi 12-1362 nömrəli mülki ov silahını ona hədiyyə etmişdir. Təxminən 3 ay bundan əvvəl Qəbələ rayonu, Aydınqışlaq kənd sakini X9, ona məxsus Qəbələ rayonu Solquca kəndində yerləşən həyətyanı torpaq sahəsindəusta kimi işləmişdir. O, İlkin Göyüşova işlədiyi işin müqabilində pul əvəzinə özünə məxsus 1 ədəd cüt lülə 12 kalibrli, “Toron” markalı, qundaq, bala qundaq və lülə nömrəsi 12-1362 nömrəli mülki ov silahını vermişdir. İlkin Göyüşov silahı adına rəsmiləşdirəcəyi bildirərək, ondan təhvil götürmüş, lakin bu günə kimi öz adına rəsmiləşdirməmişdir. xx.xx.2025-ci il tarixdə İlkin Göyüşov ondan aldığı ov silahı ilə Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən meşəlik əraziyə ov etmək məqsədi ilə getmiş, lakin onun bundan xəbəri olmamışdır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, əgər silahı müsadirə olmazsa, silahı rəsmi qaydada sənədləşmə apararaq, X6 verəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Qəbələ rayonu Aydınqışlaq kənd sakinidir, subaydır, işsizdir. Təxminən 3 ay bundan əvvəl Qəbələ rayonu, Solquca kəndində Şəxs məxsus həyətyanı torpaq sahəsində usta kimi işləmişəm, işlədiyi işin qarşılığında isə Şəxs məxsus bir ədəd cüt lülə 12 kalibrli “Toron” markalı qundaq, bala qundaq və lülə nömrəsi 12-2362 nömrəli sənədli mülki ov silahını ona verməsini istəmiş, Şəxs buna etiraz etməmiş və o işlədiyi işin pul ödənişi əvəzində həmin silahı götürmüşdür. Lakin o, həmin mülki ov silahını öz adın rəsmiləşdirməmişdir. Belə ki, o, silahı götürdüyü zaman rəsmi şəkildə adına keçirəcəyini nəzərdə tutmuş, lakin buna vaxtı olmamışdır. xx.xx.2025-ci il tarixdə isə Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən meşəlik əraziyə həmin silahı götürərək ov etmək məqsədi ilə getmiş, lakin heç bir heyvan ovlaya bilməmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ov silahının sənədlərini və ov üçün icazə sənədini istəmişlər, o, polis əməkdaşlarına ov üçün icazə almadığını və silahın ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları silahı ondan təhvil alaraq, araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər, o isə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qəbələ RPŞ-yə getmişdir. Etdiyi əməlin qanunsuz olduğunu anlamış və əməlində peşman olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 fevral 2025-ci il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis rəisi, polis kapitanı Rübail Əbdürəhimov tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanlanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində meşəlik ərazidə adı ona sonradan məlum olan X5 mülki ov silahı ilə hərəkətdə olması tərəfindən aşkar olunmuşdur İşdə olan 20 fevral 2025-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Aydınqışlaq kənd sakini X3 1 ədəd cüt lülə, 12 kalibrli, “Toron” markalı, qundanq, bala qundaq və lülə nömrəsi 12-1362nömrəli ov silahı və 2 ədəd 12 çaplı patron götürülmüşdür. İşdə olan 20 fevral 2025-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Aydınqışlaq kənd sakini X3 götürülmüş 1 ədəd cüt lülə, 12 kalibrli, “Toron” markalı, qundanq, bala qundaq və lülə nömrəsi 12-1362 nömrəli ov silahı və 2 ədəd 12 çaplı patron Növbətçi Hissənin məsul növbətçisi, polis leytenantı X7 verilmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş F-52 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1 ədəd “Toron” markalı, 12 kalibrli, cüt lülə, 12-1362 nömrəli ov silahı Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd cüt lülə, 12 kalibrli “Toron” markalı qundan, bala qundaq və lülə nömrəsi 12- 1362 olan mülki ov silahı müsadirə edilməməklə, barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd cüt lülə, 12 kalibrli “Toron” markalı qundan, bala qundaq və lülə nömrəsi 12-1362 olan mülki ov silahı və 4 (dörd) ədəd 12 çaplı patron Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-62/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-62/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver