Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-621/2023 30.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs– xx xxxxx 1979-cuildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə istifadəsində olan 1 ədəd ИЖ markalı, 16 kalibrli, Л6522 nömrəli yivsiz ov tüfəngini DİN-dən xüsusi icazə almadan, heç bir sənədi olmadan yaşadığı evdə qanunsuz olaraq saxlanmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 09 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə istifadəsində olan 1 ədəd ИЖ markalı, 16 kalibrli, Л6522 nömrəli yivsiz ov tüfəngini DİN-dən xüsusi icazə almadan, heç bir sənədi olmadan yaşadığı evdə qanunsuz olaraq saxlanmışdır. Həmin fakt üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evində polis əməkdaşları tərəfindən istifadəsində olan 1 ədəd yivsiz ov tüfəngi olan mülki ov silahı ondan təhvil götürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmişdir. Özünü polis əməkdaşları kimi təqdim edən şəxslər onun harada olmasını soruşmuşlar, onlara yaşadığı evdə olduğunu bildirmişdir. Onlar telefon əlaqəsi zamanı ona yaşayış evində saxladığı və istifadəsində olan 1 ədəd yivsiz ov tüfəngini yoxlamaq istədiklərini bildirmişlər. Yoxlama zamanı o, istifadəsində olan həmin yivsiz ov tüfəngi ilə bağlı Daxili İşlər Nazirliyindən xüsusi icazə almadığını, ov tüfəngi ilə bağlı şəhadətnamə sənədinin olmadığını, qanunsuz olaraq saxladığımı etiraf etmişdir. Həmin mülki ov silahını əldə edərək, saxlaması barədə heç bir qanuni sənədi yoxdur. Həmin silah 1 (bir) ədəd «ИЖ» markalı, təklülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi Л 65222 olan yivsiz ov tüfəngidir. Məhkəmənin vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 09 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 09 noyabr 2023-cü il tarixli “mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs 1 (bir) ədəd «ИЖ» markalı, təklülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi Л 65222 olan yivsiz mülki ov tüfəngi götürülmüş və növbətçi hissəyə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd «ИЖ» markalı, təklülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi Л 65222 olan yivsiz mülki ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-621/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-621/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver