Məhkəmə qərarları › İş №3(025)-623/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-623/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-623/2023 01.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Əmirvan kəndində anadan olmuş, Qəbələ rayonu, Əmirvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu, Əmirvan kəndində yerləşən yaşayış ünvanında müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan 1 (bir) ədəd, “Bum” markalı, qoşa lülə, 16 kalibirli, qundaq, bala qundaq və lülə nömrəsi 96996-59 olan yivsiz ov tüfəngi əldə edərək saxlanılmışdır. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu, Əmirvan kəndində Şəxs məxsus 1 (bir) ədəd, “Bum” markalı, qoşa lülə, 16 kalibirli, qundaq, bala qundaq və lülə nömrəsi 96996-59 olan yivsiz ov tüfəngi qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Əmirvan kəndində yerləşən fərdi yaşayış evində polis əməkdaşları tərəfindən istifadəsində olan 1 ədəd yivsiz ov tüfəngi olan mülki ov silahı ondan təhvil götürülmüşdür. Belı ki, xx.xx.2023-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmişdir. Özünü polis əməkdaşları kimi təqdim edən şəxslər onun harada olmağını soruşmuşlar, o onlara yaşadığı evdə olduğunu bildirmişdir. Onlar telefon əlaqəsi zamanı ona yaşayış evində saxladığı istifadəsində olan 1 ədəd yivsiz ov tüfəngini yoxlamaq istədiklərini bildirmişdilər. Yoxlama zamanı o istifadəsində olan həmin yivsiz ov tüfəngi ilə bağlı DİNdən xüsusi icazə almadığını, ov tüfəngi ilə bağlı şəhadatnamə sənədinin olmadığını, qanunsuz olaraq saxladığını etiraf etmişdir. Həmin mülki ov silahını əldə edərək, saxlamağı barədə heç bir qanuni sənədi yoxdur. Həmin silah 1 ədəd “Bum2 markalı, qoşa lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 96996-59 olan yivsiz ov tüfəngi olan mülki silahdır. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 09 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli işdə olan özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd, “Bum” markalı, qoşa lülə, 16 kalibirli, qundaq, bala qundaq və lülə nömrəsi 96996-59 olan yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar