Məhkəmə qərarları › İş №3(025)-624/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-624/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-624/2023 20.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X6, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1996-cı il martın 15-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına 20 noyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Əliyev X11 şəhərində “Çay bağı” adlanan kafedə ictimai yerdə ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 20 noyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Əliyev X11 şəhərində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)-625/2023 nömrəli qərardadı ilə 3(025)-624/2023 və 3(025)-625/2023 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-624/2023 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 göstərdi ki, Əliyev X11 şəhərində “Çay bağı” adlanan kafedə ictimai yerdə ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bundan əlavə o, Qəbələ şəhərində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 12:40 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Çay bağı adlanan kafeyə çay içib istirahət etmək məqsədilə getmişdir. İçəriyə daxil olan zaman stol arxasında əyləşən polis əməkdaşı olan Babəki görmüş və ona yaxınlaşaraq adının Babək olub-olmadığını soruşduqda o, adının Babək olduğunu bildirmişdir. Daha sonra ona 10 gün əvvəl qardaşına niyə cərimə yazdırdığını soruşmuşdur. Ondan nə cəriməsi, qardaşının kim olduğunu soruşanda əsəbi olduğu üçün polis əməkdaşı olan Babək adlı şəxsin ünvanına nalayiq söz və ifadələr işlətmişdir. Orada olan hər iki polis əməkdaşı Babək və Rəşid onu sakitləşdirmək istəsələr də, əsəbi olduğu üçün əsəblərini cilovlayıb sakitləşə bilməmişdir. Həmin zaman kafedə təxminən 7 nəfər adam olmuşdur. Onların içərisində tanıdığı Vüqar və Nüsrət adlı şəxslər onu sakitləşdirmək istəmişdirlər. Digərlərini isə tanımamış, polis əməkdaşı olan Babək yaxınlıqda xidmət aparan post- patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Post-patrul xidmətinin əməkdaşları olan Toğrul Musayev və Fərid Əliyev ona yaxınlaşmışlar. Niyə söyüş söydüyünü, hərəkətlərinə son verməyi, əks halda barəsində qanuni tədbir görəcəklərini bildirsələr də, o əsəbi olduğu üçün öz əsəbini cilovlayıb sakitləşə bilməmişdir. Bu səbəbdən polis əməkdaşları barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxtda polis əməkdaşlarına qarşı etdiyi hərəkətlərə görə onlardan üzür istəyir. Göstərilən halların nəzərə alınmasını və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazisi olan Qəbələ şəhərində Qəbələ RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkilli polis baş leytenatı X5 ilə xidmətdə olarkən Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Çay bağı adlanan kafeyə çay içmək üçün daxil olmuşlar. Bu zaman əvəllər tanıdıqları Vüqar və Nüsrət adlı şəxslər onları çay içməkləri üçün əyləşdikləri stola dəvət etmişlər. Orada əyləşib çay içərkən təxminən 15-20 dəqiqə sonra içəriyə adı onlara sonradan məlum olan Şəxs daxil olmuş və ondan adının Babək olub olmadığını soruşmuş və ona “sən kimsən ki mənim qardaşıma 10 gün əvvəl cərimə yazdırırsan sənin başıva oyun açaram” deyib ünvanlarına nalayiq söz və ifadələrlə söyüşlər söyərək təhqir etmişdir. Ona sakitləşməsini bildirib məsələnin nə olduğunu aydınlaşdırmaq istəsələr də, nizam intizama dəvət etsələr də, yenədə o söyüş söyməyə davam etmişdir. Dəfələrlə ona sakit olmasını, əks halda polisin qanuni tələbinə əməl etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə barəsində tədbir görüləcəyini bildirsə də, heç bir nəticə verməmiş və həmin şəxs hərəkətlərinə davam edərək yüksək səslə söyüşlər söydüyündən digər ətrafda olan şəxslərində diqqətini çəkir və oraya toplaşmasına səbəb olmuşdur. Bu səbəbdən həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün ərazidə xidmət aparan PPX əməkdaşlarını köməyə çağırmışlar, onlarda onlarla birgə onu sakitləşdirmək istəsələr də, nizam-intizamlı olmağa dəvət etsələr də, həmin şəxs hərəkətlərinə davam etdiyindən PPX əməkdaşları tərəfindən Qəbələ RPŞ-yə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Babək Raiz oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Çay bağı adlanan kafedə dostu Nüsrətlə istrahət edib çay içərkən polis əməkdaşları Babək və Rəşid adlı şəxsləri çay içməsi üçün əyləşdikləri stola dəvət etmişlər. Aradan 10-15 dəqiqə keçdikdən sonra əvəllər tanıdıqları Şəxs içəriyə daxil olmuş və əyləşdikləri stola yaxınlaşaraq Babək adlı polis əməkdaşına adının Babək olduğunu soruşub daha sonra qardaşının niyə saxladığını və cərimə elətdirdiyini deyərək ünvanlı və ünvansız nalayiq söz və ifadələrlə söyüşlər söyməyə başlamış, bu zaman kafenin içərisində təxminən 15-20 nəfər adam var imiş, və səsi kənardan eşidənlərdə oraya toplaşmağa başlamışlar. Həmin vaxt polis əməkdaşları ona sakit olmağını, ətrafda insanların olduğunu bildirib nizam-intizama dəvət etsələrdə Şəxs hərəkətlərinə davam edərək nalayiq söz və ifadələrlə təhqir etməyə davam etmişdir. Daha sonra Babək adlı polis əməkdaşı kömək üçün ərazidə xidmət aparan polis əməkdaşlarını köməyə çağırmışlar və həmin şəxsi rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Vüqar Vaqif oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İşdə olan 19 noyabr 2023-cü il tarixli “X14 Haqqında” protokoldan görünür ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 13:15-də tutulmuşdur. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Əliyev X11 şəhərində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, xırda xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Əliyev X11 şəhərində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, belə ki, Əliyev X11 şəhərində “Çay bağı” adlanan kafedə ictimai yerdə ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu andan, yəni 19 noyabr 2023-cü il tarixdən saat 13:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 noyabr 2023-cü il saat 13:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar