Məhkəmə qərarları › İş №3(025)-628/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-628/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-628/2025 23.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli EP № 0256403) tərtib edilmişdir ki, o, 146.886,00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 146886,00 ABŞ dolları vəsait hesabına alınan mallar (xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşdə olan Şəxs MMC və “SHAOXİNG KEQİAO SİTİWEN TRADE FİRM” arasında bağlanmış xx.xx.2023-cü il tarixli SK-SF914/23 nömrəli Müqavilənin surətinə əsasən tərəflər xx.xx.2024-cü il tarixədək 1.000.000,0 manat dəyərində inşaat, tikinti və elektrik mallları alqı-satqısı barədə razılaşmışlar. İşdə olan xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığına dair sənədə əsasən Şəxs MMC-nin (VÖEN: **********) olan "xxxx" ASC hesabından “SHAOXİNG KEQİAO SİTİWEN TRADE FİRM” şirkətinin hesabına 146.886,00 ABŞ dolları köçürülməsinə sərəncam verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli KB-253/2-207/2025 saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə xx.xx.2023cü il tarixdə tarixdə Şəxs MMC (VÖEN: **********) olan "xxxx" ASC vasitəsilə qabaqcadan 146.886,00 ABŞ dolları ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra həmin məbləğdə malın ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. AR İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən AR İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin məbləğini nəzərə alaraq Şəxs MMC barəsində həmin məbləğin 20 faizi miqdarında cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********; Hüquqi ünvan: Qəbələ rayonu, Zarağan kəndi;) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (məbləğ: 146.886,00 USD) 20 faizi miqdarında, yəni 29.377,2 (iyirmi doqquz min üç yüz yetmiş yeddi) USD cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar